Azərbaycanda daha 106 nəfər koronavirusa yoluxub, 2 nəfər isə vəfat edib
Tarix: 22-05-2020 17:07 | Bölmə: Cəmiyyət
Azərbaycanda daha 106 nəfər koronavirusa yoluxub, 2 nəfər isə vəfat edib

Azərbaycanda 106 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 59 nəfər müalicə olunaraq sağalmış və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Reyting.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1949 və 1962-ci il təvəllüdlü iki nəfər vəfat edib:

"Hazırkı dövrədək ölkəmizdə 3855 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 2399 nəfər müalicə olunaraq sağalmış, 46 nəfər vəfat etmiş, 1410 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 48 nəfərin vəziyyəti ağır, 61 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 259.155 test aparılıb".




Bölməyə aid digər xəbərlər
Dünən, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər