16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Dəfn edilən şəxs bir aydan sonra evinə gəlib
Tarix: 28-05-2020 16:29 | Bölmə: Cəmiyyət
Dəfn edilən şəxs bir aydan sonra evinə gəlib

Dəfn edilən şəxs bir aydan sonra evinə gələrək ailə üzvlərini şoka salıb.

Reyting.az
xəbər verir ki, hadisə Şri-Lankada baş verib.

Şri-Lankanın Kolombo şəhərində yaşayan Dndiris Pereranın qəza nəticəsində vəfat etdiyi bildirilib. Yaxınları onun cəsədinin Peraraya aid olduğunu təsdiqləyib və yaşlı adam dəfn edilib.

Amma bunun üzərindən bir müddət keçdikdən sonra Peraranın koronavirus səbəbindən tətbiq edilən karantin rejiminə görə evinə gələ bilmədiyi məlum olub.

Yerli mətbuata danışan Perara bildirib ki, evinə daxil olanda hər kəs şoka düşüb. Baş verənləri izah etmək üçün Perera polisə getməli olub.

Bu arada Peraranın yerinə kimin dəfn edildiyi bəlli deyil. Polis bu məsələni araşdırır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}