Yerdəyişmədə uğur qazanan müəllimlər işə qəbul müsabiqəsində iştirak edə biləcək
Tarix: 29-05-2020 15:10 | Bölmə: Cəmiyyət
Yerdəyişmədə uğur qazanan müəllimlər işə qəbul müsabiqəsində iştirak edə biləcək

Yerdəyişmə müsabiqəsində uğur qazanan müəllimlərin işə qəbul (MİQ) müsabiqəsində iştirak edib-etməyəcəyinə aydınlıq gətirilib.

Təhsil Nazirliyindən Reyting.az-a verilən məlumata görə, iş yerini dəyişən müəllimlərə işə qəbul müsabiqəsində iştirak etmək imkanı yaradılacaq.

Qeyd edək ki, iyunun 1-dən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə başlanılır. Müsabiqədə iştirak etmək istəyən namizədlər www.miq.edu.az/yerdeyishme linki vasitəsilə qeydiyyatdan keçməlidirlər. Elektron sənəd qəbulu 5 iyun saat 23:59-da başa çatacaq.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}