7 minə yaxın müəllim iş yerini dəyişmək istəyir
Tarix: 06-06-2020 12:29 | Bölmə: Cəmiyyət
7 minə yaxın müəllim iş yerini dəyişmək istəyir

Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə elektron sənəd qəbulu başa çatıb.

Nazirlikdən Reyting.az-a verilən məlumata görə, müsabiqədə iştirak etmək üçün 10 068 namizəd elektron qeydiyyatdan keçib, onlardan 6 871 nəfəri elektron ərizəsini təsdiq edib.

Hazırda elektron ərizələrin yoxlanılması prosesi həyata keçirilir. İyun ayı ərzində elektron yerləşdirmənin nəticələri namizədlərin şəxsi səhifələrinə göndəriləcək.




Bölməyə aid digər xəbərlər
Dünən, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər