Vəzifəli şəxs karantin qaydalarına əməl etməməsinə görə işdən çıxarıldı
Tarix: 08-06-2020 14:19 | Bölmə: Cəmiyyət
Vəzifəli şəxs karantin qaydalarına əməl etməməsinə görə işdən çıxarıldı

Bərdə rayon müalicə diaqnostika mərkəzinin direktoru (baş həkimi) tutduğu vəzifədən azad edilib.

Məlumata görə, bununla bağlı müvafiq əmr imzalanıb.

Belə ki, Həsən Fərman oğlu Hüseynov direktor vəzifəsindən azad edilib. H.Hüseynovun yerinə hələ ki, təyinat olmayıb.

Qeyd edək ki, onun işdən çıxarılmasına səbəb karantin qaydalarına əməl etməməsi olub. Diaqnostika mərkəzində bir neçə tibb işçisi COVID-19-a yoluxub/Report.




Bölməyə aid digər xəbərlər
Dünən, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər