Məhkəmə Qiyas İbrahimovu 50 manat cərimə edib
Tarix: 10-06-2020 18:42 | Bölmə: Cəmiyyət
Məhkəmə Qiyas İbrahimovu 50 manat cərimə edib

Nizami Rayon Məhkəməsində gənc fəal Qiyas İbrahimovun inzibati məsiliyyətə cəlb edilməsi ilə bağlı məhkəmə prosesi keçirilib.

Reyting.az
xəbər verir ki, hakim Mətanət Hacıyevanın sədriyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, Q.İbrahimov 50 manat məbləğində cərimələnib.

O, İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə təqsirli bilinib.

Qeyd edək ki, gənc fəal Qiyas İbrahimov ötən gün binanın damına çıxaraq aksiya keçirdikdən sonra saxlanılıb və bu gün sərbəst buraxılıb.




Bölməyə aid digər xəbərlər
Dünən, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər