12:08 / 28-11-2024
Sabah yağış yağacaq
"Koronavirus xəstələrinin evdən çıxması qadağandır" - Xəbərdarlıq
Tarix: 30-06-2020 18:35 | Bölmə: Cəmiyyət
"Koronavirus xəstələrinin evdən çıxması qadağandır" - Xəbərdarlıq

"Ev şəraitində müalicə ancaq yüngül koronavirus xəstələri üçün nəzərdə tutulur”.

Reyting.az
xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Aparat rəhbəri Nadir Zeynalov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

O bildirib ki, yoluxmuş şəxslərin apteklərə getməsi yolverilməzdir:

"Ümumiyyətlə, koronavirus xəstələrinin evdən çıxmasına icazə verilmir. Onlar evdə təcrid olunurlar. Bir çox vətəndaşlarımızda COVID-19 əlamətləri olsa da, onu bildirməkdən çəkinirlər. Buna görə də gizlədirlər və özbaşına müalicə olunurlar. Nəzərə almaq lazımdır ki, COVID-19 elə bir xəstəlikdir ki, xəstənin vəziyyəti hər an dəyişə və ağırlaşa bilər. Ona görə də bu xəstəliyə aid əlamətləri özündə hiss edən şəxslər müraciət etməlidirlər".




Bölməyə aid digər xəbərlər
Bu gün, 12:08 Sabah yağış yağacaq
Dünən, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər