12:08 / 28-11-2024
Sabah yağış yağacaq
Yaqut Qarayeva: "Ekspres testlər diaqnoz qoyulması üçün aparıla bilməz"
Tarix: 30-06-2020 19:24 | Bölmə: Cəmiyyət
Yaqut Qarayeva: "Ekspres testlər diaqnoz qoyulması üçün aparıla bilməz"

“Virusun mutasiyaya uğraması barədə məlumatlar dünya laboratoriyalarında yoxlanıldıqdan sonra xarici mətbuatda yayımlanıb. Bunu hətta Ümumdünya Səhiyyə Təşkilatı da bildirib”.

Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

O bildirib ki, Azərbaycanda hələ belə araşdırmalara başlanılmayıb: “Virus yeni olduğundan dəqiq nəsə demək mümkün deyil. Hesab edirəm ki, ölkəmizdə də gələcəkdə müəyyən tədqiqatlar aparılacaq”.

TƏBİB rəsmisi qeyd edib ki, PCR bu gün qızıl standart sayılır: “Ekspres testlər tam diaqnoz qoyulması üçün aparıla bilməz. O, sadəcə şübhəli xəstələr və elmi araşdırmalar üçün götürülür. Ona görə də rəsmi formada belə testlər almamışıq”.




Bölməyə aid digər xəbərlər
Bu gün, 12:08 Sabah yağış yağacaq
Dünən, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər