Təhsil Nazirliyi: "4 ikili diplom proqramından ikisi üzrlə işlər yekunlaşıb"
Tarix: 01-07-2020 15:36 | Bölmə: Cəmiyyət
Təhsil Nazirliyi: "4 ikili diplom proqramından ikisi üzrlə işlər yekunlaşıb"

“Xaricdə doktorantura təhsili üçün birinci mərhələdə 67 namizəd sənəd verib və onlardan 45 nəfəri müsahibə mərhələsinə buraxılıb”.

Bunu Təhsil Nazirliyinin Xaricdə təhsil və əcnəbi tələbələrlə iş sektorunun müdiri, “2019-2023 Dövlət Proqramı”nın İdarəetmə Qrupunun rəhbəri səlahiyyətlərini müvəqqəti icra edən Müjdat Həsənov deyib.

O qeyd edib ki, 8 nəfər müsahibədən mənfi cavab alıb: “2 nəfər isə müsbət cavab alsa da, imtina edib. 34 nəfər yekunda qəbul olunub. Onlar da ən çox Türkiyəni seçib. Əsas təbiət ixtisasları üzrə (26%) tədqiqat sahəsinə görə müraciət olub”.

M.Həsənov əlavə edib ki, 9 yerli ali təhsil müəssisəsi də bu prosesə qoşulub: “Onlar da qarşılıqlı şəkildə xarici təhsil ocaqları ilə əməkdaşlıq edəcəklər”.

Sektor müdiri vurğulayıb ki, 4 ikili diplom proqramından ikisi üzrlə işlər yekunlaşıb: “Digər ikisi üzrə də işlər yekunlaşmaq üzrədir”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}