16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Daha 200 mənzil şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə veriləcək
Tarix: 06-07-2020 16:56 | Bölmə: Cəmiyyət
Daha 200 mənzil şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə veriləcək

"Bu günlərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi daha 200 mənzil alıb. Xüsusi karantin dövrü bitəndən sonra həmin mənzillər də şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə veriləcək".

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, üÜmumilikdə, mənzillə təminat prosesi il ərzində davam edəcək, ötən il 934 mənzil və fərdi ev şəhid ailələri və müharibə əlillərinə verilibsə, cari ildə bu say azı 1500 olacaq.

S.Babayev bildirib ki, həmçinin bu il artıq 100 avtomobil müharibə əlilləri və onlara bərabər tutulanlara verilib. Bu il üçün 400 avtomobilin həmin kateqoriyadan olan vətəndaşlara verilməsi nəzərdə tutulub.

Ümumilikdə indiyədək Nazirlik tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə 7900-ə yaxın mənzil və fərdi ev, müharibə əlilləri və onlara bərabər tutulanlara 6850 minik avtomobili verilib/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}