Koronavirusa qarşı vaksinin sınaqları uğurlu olub
Tarix: 12-07-2020 09:47 | Bölmə: Cəmiyyət
Koronavirusa qarşı vaksinin sınaqları uğurlu olub

Dünyada koronavirusun ilk vaksinin kliniki sınaqları müvəffəqiyyətlə başa çatıb. Alimlər Rusiyada sınaqdan keçirilən vaksinin insan üçün təhlükəsiz olduğunu təsdiqləyiblər.

Reyting.az
RİA “Novosti”yə istinadla xəbər verir ki, bu barədə Rusiyanın Tibb və Biotexnologiya İnstitutunun direktoru Vadim Tarasov bildirib.

Tarasov deyib ki, Seçenovsk Universiteti dünyada koronavirus əleyhinə ilk vaksinin könüllülərin üzərində sınaqlarını müvəffəqiyyətlə keçiriblər.

Onun sözlərinə görə, vaksini sınaqdan keçirmiş könüllülərin birinci qrupu artıq iyulun 20-də müşahidə altında evə buraxılacaq.

Tibbi Parazitologiya İnstitutunun direktoru Aleksandr Lukaşev öz növbəsində bildirib ki, vaksinin təhlükəsizliyə cavab verməsi alimlər tərəfindən tamamilə təsdiq edilib, yoxlanılanların sağlamlığında problemlər müşahidə olunmur.

"Vaksinin təhlükəsizliyi təsdiq olunub. Bu vaksinlər indi bazarda olanların təhlükəsizliyinə uyğundur", - Lukaşev deyib.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}