Azərbaycanın dərman bazarında təhlükəli vəziyyət yaranır
Tarix: 08-01-2017 14:51 | Bölmə: Cəmiyyət / Xəbərlər


"2015-ci ilin ortalarından başlayaraq dərman vasitələrinin qiymətlərinin inzibati tənzimlənməsi prosesi həyata keçirilir. Elə o vaxtdan da dərman vasitələrinin qiymətlərinin tənzimlənməsinə məsul orqan Tarif Şurasıdır. Tarif Şurasının 2016-cı il 28 noyabr tarixli qərarı ilə dərman vasitələrinin qiymətləri manatın cari rəsmi məzənnəsinə uyğunlaşdırıldıqdan sonra aptek təşkilatlarının təchizatı ilə bağlı problemlər daha da artmaqdadır”.

Reyting.az xəbər verir ki, bu fikirlərin müəllifi olan iqtisadçı-alim Qubad İbadoğlu bildirib ki, hazırda bir qrup dərmanlar satış dövriyyəsindən çıxarılıb, bir qrup dərmanlar isə kəskin bahalaşdığından onun da ikinci əldən satışı, yəni "qara bazar”ı formalaşıb.

Q.İbadoğlu qeyd edib ki, ən çox işlənən dərmanlardan ksantional, nikotinat, levomisetin, pirogenal, bromgeksin apteklərdə tapılmır, onların satış qiymətlərinin düzgün tənzimlənməməsi nəticəsində ölkəyə idxalı demək olar ki, dayanıb:

"Son 1 ildə Azərbaycanda əksər dərmanlar orta hesabla 20 faiz bahalaşıb. Bir qrup dərmanların qiyməti isə2 dəfəyədək artıb. Vaxtılə 50 manata olan albumin hazırda 110 manata, 40 manata olan TAD 600 80 manata, 12 manata olan paskorbin 22 manata təklif olunur”.

İqtisadçı bildirib ki, bu bazarda qiymətdən sonra müşahidə olunan əsas problemlərdən biri də dərmanların keyfiyyətidir: "Odur ki, dərman vasitələrinin qiymətinin liberallaşdırılması ilə yanaşı, keyfiyyətinə nəzarət sahəsində də islahatlar aparılmalıdır. Əks təqdirdə bu sektorda vəziyyətin daha da ağırlaşması, saxta dərmanların satış dövriyyəsində daxil olması müşahidə olunacaq.

Bu vəziyyəti şərtləndirən səbəblərdən biri də dərman peraparatlarının idxalındakı oliqopoliyanın dəstəklənməsidir. Odur ki, dərman bazarında yalnız qiymətlərin liberallaşması, idxalın demonoplizasiyası vəyerli əzcaçılıq sənayesinin inkişaf etdirilməsi mövcud problemin həllinə dəstək ola bilər”.





Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq
20-11-2024, 08:43 Şamaxıda zəlzələ olub

bütün xəbərlər