09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
Bakıda iki azyaşlı qardaşı avtomobil vurub, biri ölüb
Tarix: 21-08-2020 12:38 | Bölmə: Cəmiyyət
Bakıda iki azyaşlı qardaşı avtomobil vurub, biri ölüb

Abşeron rayonunda avtomobil 2 azyaşlını vurub.

Daxili İşlər Nazirliyinin məlumatına görə, avqustun 20-də saat 13 radələrində Abşeron rayonunun Qobu qəsəbəsi ərazisində Bakı şəhər sakini V. Abbasov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən qəsəbə sakinləri, 9 yaşlı Rüstəm Həsənovu və onun 7 yaşlı qardaşı Muradı vurub.

Uşaqlar xəsarətlə xəstəxanaya yerləşdirilib, hadisə zamanı ağır xəsarət alan Rüstəm orada ölüb.

Hazırda Abşeron RPİ tərəfindən araşdırma aparılır.

Reyting.az




Bölməyə aid digər xəbərlər
7-05-2025, 12:08 Sabah yağış yağacaq