16:39 / 28-11-2024
Sabah qar yağacaq
TƏBİB-dən xəbərdarlıq: "Payıza hazırlıq işləri görülür”
Tarix: 21-08-2020 17:30 | Bölmə: Cəmiyyət
TƏBİB-dən xəbərdarlıq: "Payıza hazırlıq işləri görülür”

“Pandemiya şəraitində bütün tibb işçiləri ixtisaslarından asılı olmayaraq bu işə cəlb edilirlər”.

Reyting.az xəbər verir ki, bu sözləri Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi bugünkü mətbuat konfransında TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva deyib. 

O bildirib ki, həm Bakıda, həm də bölgələrdə çox sayda təlimlər keçirilib: “Bütün başqa ixtisasda çalışan həkimlərimiz də bu təlimlərə qoşulub. Bu, bütün dünyada belədir. Yoluxma azaldığı və xəstə sayı az olduğu üçün bəzi pandemiya xəstəxanalarımız bağlanılıb. Həkimlərə istirahət verilib. Payıza hazırlıq işləri görülür”.

TƏBİB rəsmisi deyib ki, hazırda situasiya nəzarət altındadır: "Müzakirələr aparılır. Yoluxma sayında artım isə göz önündədir. Bu gün hər hansı bir sərtləşmənin olub-olmaması ilə bağlı ciddi dəyişiklik yoxdur. Belə bir məsələ olarsa, ictimaiyyətə açıqlanacaq. Amma həqiqətən də bu gün biz az-az da olsa, yoluxma sayında artıma meyillilik görürük. Ona görə də bəzi qərarların qəbul olunması müzakirə olunacaq”.




Bölməyə aid digər xəbərlər
Dünən, 16:39 Sabah qar yağacaq
Dünən, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər