09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
TƏBİB: "ÜST hesab edir ki, ciddi qapanmalara artıq ehtiyac yaranmayacaq”
Tarix: 21-08-2020 18:20 | Bölmə: Cəmiyyət
TƏBİB: "ÜST hesab edir ki, ciddi qapanmalara artıq ehtiyac yaranmayacaq”

“Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən verilən məsləhətlər tövsiyə xarakteri daşıyır. ÜST hesab edir ki, ciddi qapanmalara artıq ehtiyac yaranmayacaq”.

Bu fikirləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

“Biz qapanmalara getməyi istəmirik. Biz ümumi sərtləşmənin də olmasını istəmirik. Biz istəyirik ki, qəbul olunmuş qaydalara uyğun olaraq, mərhələli şəkildə normal həyatımıza qayıdaq. ÜST-ün verdiyi tövsiyələr də buna əsaslanır. Biz mərhələli şəkildə yumşalmaya getməyə çalışırıq”, - o bildirib.




Bölməyə aid digər xəbərlər
7-05-2025, 12:08 Sabah yağış yağacaq