09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
3 vəkillə bağlı şikayət rədd olunub, birinin fəaliyyəti isə dayandırılıb
Tarix: 26-08-2020 16:44 | Bölmə: Cəmiyyət
3 vəkillə bağlı şikayət rədd olunub, birinin fəaliyyəti isə dayandırılıb

Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Reyting.az kollegiyaya istinadla xəbər verir ki, iclasda vəkil Janna Bağırova ilə bağlı şikayətlər araşdırılıb. Qərara əsasən, J.Bağırovanın fəaliyyəti dayandırılıb və VK-dan xaric olunması ilə bağlı məhkəməyə müraciət olunub.

Bundan başqa, Baş Prokurorluğun vəkillər - Zibeydə Sadıqova ilə Nemət Kərimlinin vəkillik fəaliyyətinə xitam verilməsi ilə bağlı təqdimatı rədd edilib.

Həmçinin Rəyasət Heyəti vətəndaşın digər vəkil Bəhruz Bayramovla bağlı şikayətinin rədd edilməsi ilə bağlı qərar çıxarıb.




Bölməyə aid digər xəbərlər
7-05-2025, 12:08 Sabah yağış yağacaq