19:14 / 01-07-2025
Zelenski Əliyevə zəng edib
Dövlət Agentliyinin əməkdaşı iş başında ölüb
Tarix: 27-08-2020 17:21 | Bölmə: Cəmiyyət
Dövlət Agentliyinin əməkdaşı iş başında ölüb

Avqustun 27-i saat 11 radələrində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 6 saylı xüsusi təyinatlı yol idarəsi tərəfindən Bakı-Rostov avtomobil yolunun 60-cı kilometrliyində tikililərə betonvuran pompa ilə beton tökərkən borunun partlaması nəticəsində fəhlə işləyən 1967-ci il təvəllüdlü Sumqayıt şəhər sakini İlqar Bəylərov aldığı müxtəlif dərəcəli bədən xəsarətləri səbəbindən müalicə olunduğu xəstəxanada ölüb.

Bu barədə Xızı Rayon Prokurorluğundan Reyting.az-a bildirilib ki, fakta görə Xızı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb. 

Hadisə yeri prokuror-kriminalistin iştirakı ilə müayinə edilib, hadisənin şahidləri müəyyən edilərək dindirilib, o cümlədən digər təxirəsalınmaz tədbirlər həyata keçirilib. 

İş üzrə məhkəmə-tibb və məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin edilib. 

Hazırda iş üzrə zəruri istintaq tədbirləri həyata keçirilir.




Bölməyə aid digər xəbərlər