09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
Xüsusi məktəblərlə bağlı yeni qaydalar hazırlanır
Tarix: 27-08-2020 17:58 | Bölmə: Cəmiyyət
Xüsusi məktəblərlə bağlı yeni qaydalar hazırlanır

Xüsusi məktəblər və ya internat tipli müəssisələr xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün nəzərdə tutulan məktəblərdir. Bu müəssisələrin də uşaq bağçaları formatında sentyabrın 15-dən oktyabrın 1-ə qədər müvafiq plan əsasında mərhələli şəkildə açılması planlaşdırılıb.

Reyting.az
-ın məlumatına görə, bunu mətbuat konfransında Təhsil naziri Emin Əmrullayev bildirib.

Nazir deyib ki, bu tip məktəblərdə uşaqlar yataqxanada qaldıqları üçün fərqli protokollardan istifadə olunur: “Amma həmin protokollar hazırlanmaqdadır. Bu, təbii ki, Operativ Qərargahın Tibbi Bölməsi ilə razılaşdırılır. Bu məsələlər razılaşdırıldıqdan sonra ictimaiyyətə təqdim ediləcək”.




Bölməyə aid digər xəbərlər
7-05-2025, 12:08 Sabah yağış yağacaq