16:39 / 28-11-2024
Sabah qar yağacaq
Komitə sədri: "Daxili Qoşunların və hərbi qulluqçuların statusu barədə qanun layihələri müzakirəyə çıxarılacaq"
Tarix: 01-09-2020 13:25 | Bölmə: Cəmiyyət
Komitə sədri: "Daxili Qoşunların və hərbi qulluqçuların statusu barədə qanun layihələri müzakirəyə çıxarılacaq"

“Milli Məclisin yaz sessiyasından iki qanun layihəsi – “Daxili Qoşunların statusu haqqında” və “Hərbi qulluqçuların statusu haqqında” qanun layihələri qalıb. Həmin qanun layihələrini payız sessiyasında qəbul etməyi planlaşdırırıq”.

Bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bildirib.

Z. Əsgərov həmin qanun layihələri razılaşdırmaq üçün müvafiq qurumlara göndərilib:“Ola bilər ki, biz bu qanunlara xeyli dəyişiklik edək, ya da ayrıca qanun qəbul edək. Bu, müvafiq qurumların rəylərindən asılı olacaq. Biz müvafiq qurumların rəylərini toplayırıq. Məsləhətləşmələrdən sonra konkret nəticəyə gələcəyik ki, ayrıca yeni qanun qəbul edək, yoxsa mövcud qanunlara əlavə və dəyişikliklərlə kifayətlənək”/APA.




Bölməyə aid digər xəbərlər
Dünən, 16:39 Sabah qar yağacaq
Dünən, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər