19:14 / 01-07-2025
Zelenski Əliyevə zəng edib
Avtobus sürücüsü işlədiyi deyilən direktora töhmət verilib
Tarix: 01-09-2020 15:51 | Bölmə: Cəmiyyət
Avtobus sürücüsü işlədiyi deyilən direktora töhmət verilib

Avtobus sürücüsü işlədiyi ilə bağlı sosial şəbəkələrdə şəkli yayılan Saatlı rayon Yeni Novruzlu kənd tam orta məktəbinin direktoru Elnur Rzayevə töhmət verilib.

Bu barədə Təhsil Nazirliyindən bildirilib.

Qeyd olunub ki, "Müəllimlərin etik davranış Qaydaları"nı  pozduğuna görə Saatlı rayonu Yeni Novruzlu kənd tam orta məktəbinin direktoru Elnur Rzayevə Təhsil nazirinin müvafiq əmri ilə töhmət verilib.

Məlumat üçün bildirək ki, Bakı Nəqliyyat Agentliyi məlumat yayaraq həmin şəxs “BakuBus” MMC-də işləmir. O, bunu paylaşım xatirinə etdiyini bildirmişdi/Report.




Bölməyə aid digər xəbərlər