19:14 / 01-07-2025
Zelenski Əliyevə zəng edib
Nazirlik və ali təhsil müəssisələri birgə layihəyə başlayıb
Tarix: 01-09-2020 16:10 | Bölmə: Cəmiyyət
Nazirlik və ali təhsil müəssisələri birgə layihəyə başlayıb

Sentyabrın 1-dən Təhsil Nazirliyi müasir trendlər və çağırışları nəzərə alaraq, ali təhsil müəssisələri ilə birgə yeni layihəyə start verib.

Nazirlikdən Reyting.az-a verilən məlumata görə, layihəyə əsasən, hər bir universitet yeni tədris ili ərzində həyata keçirəcəkləri mühüm işləri (universitetin həyatında xüsusi əhəmiyyət kəsb edən layihələr) #hərzamantəhsil həştəqi ilə sosial şəbəkə hesablarında paylaşacaq və estafeti digər ali təhsil müəssisəsinə ötürəcək.

Layihə çərçivəsində görülən işlərdən xəbərdar olmaq və müzakirələrdə iştirak etmək üçün müvafiq linkə ( https://www.facebook.com/groups/ali.tehsil) daxil olaraq feysbuk qrupuna qoşulmaq tövsiyə edilir.




Bölməyə aid digər xəbərlər