09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
Azərbaycanlıların Almaniyadan deportasiyası təxirə salınıb
Tarix: 03-09-2020 11:56 | Bölmə: Cəmiyyət
Azərbaycanlıların Almaniyadan deportasiyası təxirə salınıb

Ötən gecə Almaniyanın Düsseldorf şəhərindən Azərbaycan vətəndaşlarının xüsusi təyyarə reysi ilə deportasiya edilməsi baş tutmayıb.

"Report"un Avropa bürosunun məlumatına görə, gecə saat 02:00 radələrində 20-yə yaxın Azərbaycan vətəndaşı Düsseldorf hava limanına gətirilsə də, planlaşdırılan xüsusi reys təxirə salınıb.

Nəticədə onlar yenidən polis və miqrasiya polisinin müşayiəti ilə müvəqqəti olaraq Düsseldorf şəhər Miqrasiya İdarəsinin sığınacaq axtaranlar üçün nəzərdə tutulan yataqxanalardan birinə yerləşdiriliblər.

"Deportasiya prosesinin təxirə salınmasının səbəbi açıqlanmayıb. Ancaq Azərbaycan vətəndaşlarının Düsseldorf şəhər hava limanına yaxın yataqxanaya yerləşdirilməsi onu deməyə əsas verir ki, növbəti həftə deportasiya üçün nəzərdə tutulan xüsusi Düsseldorf - Bakı reysi həyata keçirilə bilər", - məlumatlı mənbə bildirib.

Qeyd edək ki, koronavirus pandemiyası dövründə 5 azərbaycanlı Almaniyadan deportasiya olunub.

Reyting.az




Bölməyə aid digər xəbərlər
7-05-2025, 12:08 Sabah yağış yağacaq