16:39 / 28-11-2024
Sabah qar yağacaq
Azərbaycanda “Əməyin Mühafizəsi Mərkəzi” publik hüquqi şəxs yaradılacaq
Tarix: 03-09-2020 15:55 | Bölmə: Cəmiyyət
Azərbaycanda “Əməyin Mühafizəsi Mərkəzi” publik hüquqi şəxs yaradılacaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində “Əməyin Mühafizəsi Mərkəzi” publik hüquqi şəxsin yaradılması istiqamətində işlər görülür.

Nazirlikdən Reyting.az-a verilən məlumata görə, mərkəz əmək hüquqları, əməyin mühafizəsi və əməyin təhlükəsizliyi sahəsində məsləhət xidmətləri verəcək.

Təlimlər, standart norma və qaydaların müəssisələrdə tətbiqi, sertifikasiya və inspeksiya nəzarətinin keçirilməsi, fərdi və kollektiv mühafizə vasitələrinin sertifikatlaşması, iş yerlərinin attestasiyası kimi xidmətlər də Mərkəzin fəaliyyət dairəsinə aid olacaq. “Əməyin Mühafizəsi Mərkəzi” xidmət çeşidlərinin artırılmasına və xidmətlərin təkmilləşdirilməsinə şərait yaradacaq.

Beynəlxalq Əmək Təşkilatının da rəyi alınmaqla Mərkəzin Nizamnaməsinin layihəsi hazırlanıb və təsdiq edilməsi istiqamətində işlər aparılır.




Bölməyə aid digər xəbərlər
Dünən, 16:39 Sabah qar yağacaq
Dünən, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər