18:20 / 31-08-2025
Putin Çində Paşinyanla görüşüb
15:02 / 31-08-2025
İlham Əliyev Çində görüşlər keçirib - (Yenilənib) - Fotolar
14:51 / 31-08-2025
İlham Əliyev kralı təbrik edib
12:15 / 31-08-2025
Salyanda avtomobil kanala aşıb - Bir nəfər ölüb, beş nəfər xəsarət alıb
11:37 / 31-08-2025
İlham Əliyev Sadır Japarova məktub göndərib
10:15 / 31-08-2025
Çin Azərbaycanın suveren inkişaf modelini dəstəkləyir
09:50 / 31-08-2025
Si Cinpin: Azərbaycan-Çin əlaqələri inkişaf edir
09:16 / 31-08-2025
Hikmət Hacıyev: Zəngəzur dəhlizi Orta dəhlizin imkanlarını genişləndirəcək
09:10 / 31-08-2025
"Qarabağ" bu gün daha bir komanda ilə qarşılaşacaq
08:49 / 31-08-2025
Prezident İlham Əliyevin Çin lideri Si Cinpin ilə görüşü keçirilib - (Yenilənib) - Fotolar
19:36 / 30-08-2025
Bu gündən Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq
19:30 / 30-08-2025
Aİ-nin xüsusi nümayəndəsi Naxçıvana gəlib
18:08 / 30-08-2025
Prezident İlham Əliyev Çinə səfər edib - Fotolar
15:49 / 30-08-2025
Ukrayna Ali Radasının deputatı qətlə yetirilib
12:09 / 30-08-2025
Şüvəlanda yeni ictimai çimərliklər yaradılıb
09:27 / 30-08-2025
Premyer Liqa: bu gün daha iki qarşılaşma olacaq
08:23 / 30-08-2025
Gədəbəydəki qəzada ölənlər var
08:13 / 30-08-2025
Bakı-Ağdam sərnişin qatarı istifadəyə verilib
07:08 / 30-08-2025
Ukrayna yenidən kütləvi hücuma məruz qalıb
00:24 / 30-08-2025
Töhmət alan icra başçısı: “İş olan yerdə nöqsan da olur"
00:10 / 30-08-2025
Azərbaycanla ABŞ arasında Anlaşma Memorandumu imzalanlb
19:01 / 29-08-2025
Bako Sahakyanın ibtidai istintaqa ifadəsi yayılıb
18:25 / 29-08-2025
MİQ üzrə müsahibə mərhələsinin nəticələri elan olunub
18:01 / 29-08-2025
Məhkəmə tiktoker Aysel Mustafayeva haqqında həbs qərarı verib
17:53 / 29-08-2025
Gənclər Liqası və U-17 Liqada 2025/2026 mövsümünün püşkü atılıb
17:43 / 29-08-2025
DÇ-2026: Türkiyə yığmasının heyəti açıqlanıb
17:38 / 29-08-2025
Azərbaycanda saxlanılan Özbəkistan vətəndaşı ölkəsinə təhvil verilib
17:32 / 29-08-2025
Rusiya ABŞ və NATO-nun silah marşrutlarını izləyir
17:15 / 29-08-2025
İtaliyada 60-dan çox turist qidadan zəhərlənib
18:09 / 27-08-2025

13:31 / 28-08-2025

12:50 / 27-08-2025

13:54 / 27-08-2025

19:36 / 30-08-2025

10:16 / 27-08-2025

16:24 / 27-08-2025

00:02 / 27-08-2025

21:29 / 28-08-2025

23:00 / 28-08-2025

08:13 / 30-08-2025

Prezidentin köməkçisi İmamzadə dini kompleksində bir qrup din xadimi ilə görüşüb - Fotolar
Tarix: 04-09-2020 11:50 | Bölmə: Cəmiyyət

Gəncə şəhərindəki İmamzadə dini kompleksində bir qrup din xadimi ilə görüş keçirilib. Görüşdə Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov, ayrı-ayrı regionlardan olan din xadimləri, respublikanın müxtəlif məscidlərinin imamları iştirak edib.
Reyting.az-ın məlumatına görə, görüşdə çıxış edən Anar Ələkbərov müstəqillik illərində dövlət-din münasibətlərinin yeni müstəvidə formalaşdığını, Azərbaycanda dövlət səviyyəsində dinə xüsusi diqqət göstərildiyinı qeyd edib. Bildirib ki, ölkəmizdə din dövlətdən ayrı olsa da, dövlət daim bu sahəyə dəstək göstərir. Prezident İlham Əliyev, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva bu sahəyə xüsusi diqqət və həssaslıqla yanaşır. Qeyd olunub ki, Azərbaycanda dövlət-din əlaqələri, dinlərarası əlaqələr sağlam zəmin üzərində qurulub. Bu, dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biridir. Bu gün dünyanın bir çox ölkəsində dini zəmində zorakılığın, münaqişələrin şahidi olsaq da, Azərbaycan bu baxımdan nümunəvi ölkə kimi seçilir. Azərbaycanın çoxmillətli, çoxkonfessiyalı ölkə olduğu, bütün dinlərin, etnik qrupların nümayəndələrinin bir ailə kimi sülh, dostluq, qarşılıqlı anlaşma şəraitində yaşadığı qeyd olunub.
Bu sahədəki nailiyyətlərimizin dünya birliyində yüksək qiymətləndirildiyi, Bakıda dünya dini liderlərinin birinci və ikinci Sammitlərinin keçirildiyi, 2017-ci ildə Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edildiyi, bütün bu kimi tədbirlərin dini tolerantlıq sahəsindəki uğurlarımızın təzahürü olduğu diqqətə çatdırılıb.
Anar Ələkbərov ölkəmizin demək olar ki, bütün bölgələrində, hər bir rayonunda məscidlərin inşa olunduğunu və ya bərpa edildiyini, yeni məscidlərin açıldılını bildirib. Bütün bunlar bir daha göstərir ki, dövlət siyasətində tarixi keçmişimizin unudulmaması, gələcək nəsillərin milli-mənəvi dəyərlərə daha çox bağlanması mühüm yer tutur. Son illər Azərbaycan və Şərq memarlığının nadir incilərindən olan Təzəpir, Bibiheybət, Əjdərbəy məscidlərində, İmamzadə dini kompleksində geniş tikinti və yenidənqurma işləri həyata keçirildiyi bildirilib. Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndində Prezident İlham Əliyevin tapşırığı ilə Şuşa məscidinin bənzəri olan məscidin tikilməsinin və uzun fasilədən sonra burada azan səsinin ucalmasının əlamətdar hadisə olduğu diqqətə çatdırılıb.
Məscidlərlə yanaşı ölkəmizdə kilsələr, sinaqoqlar təmir edilir. Eyni zamanda Azərbaycanda dövlət qeydiyyatından keçən dini icmaların fəaliyyəti üçün şərait yaradıldığı, mövcud problemlərin həlli istiqamətində mühüm addımlar atıldığı bildirilib.
Bu istiqamətdə ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyəti xüsusi vurğulanıb. Fond reallaşdırdığı layihələrlə müxtəlif xalqlar və dinlər arasında dostluq, həmrəylik kimi dəyərlərin bərqərar olmasına öz töhfələrini verməkdədir. Fondun "Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi çərçivəsində ölkəmizdəki məscidlərdə, kilsələrdə, sinaqoqlarda təmir-bərpa işləri aparılıb. Hazırda isə Heydər Əliyev Fondu tərəfindən Bakının Xəzər rayonunun Binə qəsəbəsində Möhsün Səlim məscidində təmir işləri aparılır, Şamaxı rayonundakı Pirsaat Baba ziyarətgahında yenidənqurma işləri həyata keçirilir, ziyarətgahın ərazisində yeni məscid binası inşa olunur. Həmçinin, Şamaxıdakı Pir Ömər Sultan ziyarətgahında arxeoloji tədqiqatlar aparılıb və türbənin qorunub saxlanılması məqsədilə konservasiya işlərinin layihələndirilməsi davam edir. Şəki şəhərindəki Xan məscidində təmir-bərpasına başlanılıb, Qəbələ rayonunun Nic kəndində qədim alban kiləsində yenidənqurma işləri aparılır, İsmayıllı rayonun Lahıc qəsəbəsində "Bədöyün" məscidi əsaslı təmir olunur.
Görüşdə Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin dövlət-din münasibətlərinin möhkəmləndirilməsi və dinlərarası dialoqun genişləndirilməsi istiqamətində səyləri vurğulanıb. Bildirilib ki, Şeyxülislam Allahşükür Paşazadənin dövlət-din münasibətlərinin formalaşması, milli həmrəyliyin və mənəvi-əxlaqi dəyərlərin bərqərar olması sahəsində xidmətləri dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilib. Anar Ələkbərov COVID-19 pandemiyasının bütün sahələrə, o cümlədən dindarların həyatına da təsirsiz ötüşmədiyini deyib. Qeyd edib ki, yeni növ koronavirusun geniş yayılması səbəbindən hazırda bütün dünyada, o cümlədən ölkəmizdə kütləvi tədbirlər keçirilmir. Beynəlxalq təcrübə və ilk növbədə insan həyatının qorunması əsas götürülərək, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən bu ilin mart ayından məscid, kilsə, sinaqoq və ziyarətgahlarda ibadətlər müvəqqəti olaraq dayandırılıb. İnsanların sağlamlığının qorunması baxımından atılmış bu addımın istər din xadimləri, istərsə də əhali tərəfindən anlayışla qəbul olunduğu minnətdarlıqla diqqətə çatdırılıb. Qeyd olunub ki, virus səbəbindən dünya zəvvarlarının, o cümlədən çoxsaylı vətəndaşlarımızın Həcc ziyarəti arzusu baş tutmayıb, Məhərrəmlik ayı ərzində məscid və ziyarətgahlarda təziyə mərasimlərinin keçirilməməsi qərara alınıb, eyni zamanda Ramazan və Qurban bayramlarında dini ayin və mərasimlərin keçirilməsi mümkün olmayıb. İnsanlar məscidlərdə bayram namazınıı birlikdə qıla bilməsə də, televiziya kanallarında müxtəlif məscidlərin imamlarının iştirakı ilə qılınan namaz canlı nümayiş olunub və bu da pandemiya şəraitində insanlar tərəfindən rəğbətlə qarşılanıb.
Anar Ələkbərov qeyd edib ki, pandemiyanın başlanğıc mərhələsində karantin rejimi və tətbiq olunan bir sıra məhdudiyyətlərin iqtisadi sahədə çətinliklərə yol açacağı proqnozlaşdırılsa da, Prezident İlham Əliyev vətəndaşların sağlamlığının qorunmasını prioritet olaraq müəyyənləşdirib, hökumətin fəaliyyəti də bu strategiya üzərində qurulub. Azərbaycan Prezidentinin köməkçisi ötən dövr ərzində Prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarına uyğun olaraq Nazirlər Kabineti yanında Operativ Qərargahda aparılmış müzakirələr və görülən işlər barədə məlumat verib. Bildirib ki, ötən müddət ərzində xüsusi rejimli xəstəxanalar lazımi avadanlıqla təchiz edilib, təlimlər keçirilərək kadr hazırlığı təmin olunub, əhalinin ehtiyacları qarşılanıb, xaricdəki soydaşlarımızın ölkəyə gətirilməsi təşkil olunub. Qəbul edilən qərarlar və görülən təbdirlər nəticəsində xəstəliyin nəzarət altına alındığı, səhiyyə sisteminin mövcud çağırışa uyğun olaraq qurulduğu qeyd edilib.
Görüşdə din xadimlərinin fikirləri və təklifləri dinlənilib, belə müzakirələrin əhəmiyyəti qeyd olunub. Çıxışçılar dövlət tərəfindən dinə və din xadimlərinə olan diqqəti yüksək dəyərləndiriblər və ölkəmizdə bu sahədə görüləcək işlərə dair müzakirələr aparılıb.(APA)

Bölməyə aid digər xəbərlər

Dünən, 12:09
Şüvəlanda yeni ictimai çimərliklər yaradılıb
29-08-2025, 18:01
Məhkəmə tiktoker Aysel Mustafayeva haqqında həbs qərarı verib
29-08-2025, 17:38
Azərbaycanda saxlanılan Özbəkistan vətəndaşı ölkəsinə təhvil verilib
29-08-2025, 17:15
İtaliyada 60-dan çox turist qidadan zəhərlənib
29-08-2025, 14:08
Yardımlıda əməliyyat: iki nəfər tutulub
29-08-2025, 13:07
Metroda aylıq və birsəfərlik gediş haqqı kartları tətbiq oluna bilər
29-08-2025, 12:39
Sabahın hava proqnozu açıqlanıb
29-08-2025, 12:24
4 yaşlı qız "ASAN Xidmət"in ikinci mərtəbəsindən yıxılaraq ölüb
29-08-2025, 11:28
Kosmik raket tarixi rekorda imza atıb - Foto
29-08-2025, 09:17
Şabranda yanğın törədən şəxs cərimələnib
28-08-2025, 20:42
Məmmədəli Ağayev Moskvada saxlanılıb - Foto
28-08-2025, 17:19
Magistraturaya əlavə yerləşdirmənin qeydiyyat müddəti uzadılıb
28-08-2025, 15:50
Ağdamda zorakılığa məruz qalan azyaşlılar körpələr evinə yerləşdiriləcək
28-08-2025, 15:03
Partlayış olan binadakı 15 mənzilin sakininə kirayəpulu veriləcək
28-08-2025, 13:48
Biznesmenin cəsədini 68 metr dərinlikdən çıxarırlar
28-08-2025, 12:12
Sabahın hava proqnozu açıqlanıb
28-08-2025, 10:30
Molla Əsgərdən qalma dini ədəbiyyat... - Fotolar
28-08-2025, 08:32
Bakıda beşmərtəbəli yaşayış binasında partlayış olub - Yenilənib
28-08-2025, 08:31
"Google" böyük yeniliyə imza atıb
28-08-2025, 00:46
Yevlaxda 16 yaşlı uşağı bıçaqlayan 20 yaşlı şəxs saxlanılıb
27-08-2025, 17:45
Nazirlik "xaricdə onlayn təhsil" vədləri ilə bağlı açıqlama yayıb
27-08-2025, 17:40
Hüseynli mərhum qardaşları ilə bağlı yayılan xəbərə sərt reaksiya verib
27-08-2025, 16:59
Ağdərədə oğurluq edənlər tutulublar
27-08-2025, 15:49
Şamaxıda yanğın törədən şəxs saxlanılıb
27-08-2025, 15:15
Sumqayıtda çörək sexində yanğın olub
27-08-2025, 14:00
Şəhid jurnalistlərin medalları ailə üzvlərinə təqdim edilib
27-08-2025, 13:18
Vəkil Fəxrəddin Mehdiyev avtomobil qəzasında xəsarət alıb
27-08-2025, 12:20
Sabahın hava proqnozu açıqlanıb
27-08-2025, 10:16
Kəlbəcərdə qaz sızması nəticəsində partlayış olub, 4 nəfər xəsarət alıb - Yenilənib
27-08-2025, 10:02
Ağcabədidə yanacaqdoldurma məntəqəsi yanıb
26-08-2025, 18:18
Sabunçuda süni göldə uşaq batıb
26-08-2025, 17:57
Bakı metrosu gücləndirilmiş rejimdə işləyəcək
26-08-2025, 16:45
39 lisey və gimnaziyada II mərhələ seçimlərinə start verilib
26-08-2025, 12:59
İrandan Azərbaycana narkotik keçirmək istəyiblər - Foto
26-08-2025, 12:33
Qum fırtınası ABŞ-ı fəlakətə sürükləyir
26-08-2025, 12:16
Sabah hava yağışlı olacaq
26-08-2025, 12:01
Bakıda evdən oğurluq edən iki nəfər tutulub
26-08-2025, 10:52
Bakıda əməliyyat: 44 kq narkotik vasitə aşkarlanıb, həbslər var
26-08-2025, 10:41
Peşə məktəblərinə tələbə qəbulunun II mərhələsi başlayır
26-08-2025, 09:15
Goranboyda qəza olub - Bir nəfər ölüb
26-08-2025, 08:24
Polis karnavalda 420-dən çox adam saxlayıb