16:39 / 28-11-2024
Sabah qar yağacaq
Problemli kreditlərlə bağlı 100 minə yaxın işə xitam verilib
Tarix: 04-09-2020 12:52 | Bölmə: Cəmiyyət
Problemli kreditlərlə bağlı 100 minə yaxın işə xitam verilib

İcra işlərinin təxminən 50 faizə qədəri kredit borclarına dair məsələləri əhatə edir.

Reyting.az
-ın məlumatına görə, bunu Məhkəmə qərarlarının icrası işinin təşkilinə həsr olunan ictimai müzakirədə Ədliyyə Nazirliyinin İcra baş idarəsinin Kredit borcları şöbəsinin rəis əvəzi Emin Veysov bildirib.

Onun sözlərinə görə, icra məmurları icra qanununa uyğun olaraq həmin işlərin təmin olunması, həyata keçirilməsi işi ilə məşğul olur: “Bu məsələdə səmərəliliyin artırılması, operativliyin təmin olunması işləri ilə məşğuluq. Bəzi işlər var ki, onların həlli istiqamətində tədbirlər planı hazırlanır. Dövlət başçısının fərmanına uyğun olaraq problemli kreditlərin restrukturizasiyası ilə bağlı görülən işlərə gəldikdə isə, təxminən 100 minə yaxın işə xitam verilib və bu proses davam edir”.(APA)




Bölməyə aid digər xəbərlər
Dünən, 16:39 Sabah qar yağacaq
Dünən, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər