09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
Zakir Həsənov: "Tankçılarımız artıq öz məharətlərini göstərib"
Tarix: 05-09-2020 15:52 | Bölmə: Cəmiyyət
Zakir Həsənov: "Tankçılarımız artıq öz məharətlərini göstərib"

"Azərbaycan tankçılarının finala yüksəlməsi artıq bir nailiyyətdir".

Bunu Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov deyib.

"Azərbaycan tankçılarının Beynəlxalq Hərbi Oyunlarda finala yüksəlməsi artıq bir nailiyyətdir. Yarışları izləyəcəyik. Bəzi məqamlar var. Realist olmaq lazımdır. Tankçılarımız artıq öz məharətlərini göstərib", o bildirib.

Qeyd edək ki, Rusiyada səfərdə olan Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov "Tank biatlonu" Beynəlxalq Ordu İdman Oyunları çərçivəsində finala yüksəlmiş Azərbaycan tankçılarının yarışını izləyəcək/*Report.




Bölməyə aid digər xəbərlər
7-05-2025, 12:08 Sabah yağış yağacaq