09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
Azərbaycanda daha 161 nəfər koronavirusa yoluxub, 2 nəfər vəfat edib
Tarix: 05-09-2020 16:44 | Bölmə: Cəmiyyət
Azərbaycanda daha 161 nəfər koronavirusa yoluxub, 2 nəfər vəfat edib

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 161 yeni yoluxma faktı qeydə alınıb, 146 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Reyting.az-a verilən məlumata görə, son sutkada daha 2 nəfər vəfat edib:

"İndiyədək ölkədə ümumilikdə 37 192 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 34 565 nəfər müalicə olunaraq sağalıb, 545 nəfər vəfat edib, aktiv xəstə sayı 2 082 olub.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 179, bu günə qədər isə ümumilikdə 956 492 test icra olunub".




Bölməyə aid digər xəbərlər
7-05-2025, 12:08 Sabah yağış yağacaq