09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
Moskva hava limanlarında 23 təyyarə reysi təxirə salınıb
Tarix: 07-09-2020 08:41 | Bölmə: Cəmiyyət
Moskva hava limanlarında 23 təyyarə reysi təxirə salınıb

Rusiyanın paytaxtı Moskva şəhərinin hava limanlarında 23 təyyarə reysi təxirə salınıb.

Reytin.az
Qazeta.ru-ya istinadla xəbər verir ki, bu barədə “Яндекс. Расписания” xidməti məlumat yayıb.

Bildirilib ki, “Domodedovo”da 5 uçuş ləğv edilib, 9-u təxirə salınıb.

“Vnukovo”da 4 reys ləğv edilib, 2-si təxirə düşüb.

“Şeremetyev” hava limanında isə 3 reys ləğv edilib.

“Jukovski”də uçuşların qrafiki ilə bağlı məlumat verilməyib.

Qeyd edək ki, martın 27-dən etibarən Rusiya koronavirus pandemiyası səbəbindən beynəlxalq uçuşlarını dayandırmışdı. Lakin avqustun 1-dən etibarən Rusiya Federasiyası bir sıra ölkələrlə beynəlxalq hava trafikini bərpa etmişdi.(APA)




Bölməyə aid digər xəbərlər
7-05-2025, 12:08 Sabah yağış yağacaq