09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
Təhsil Nazirliyində vətəndaş qəbulunun dayandırılması müddəti uzadılıb
Tarix: 07-09-2020 11:56 | Bölmə: Cəmiyyət
Təhsil Nazirliyində vətəndaş qəbulunun dayandırılması müddəti uzadılıb

Ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə müvafiq qərara uyğun olaraq, Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzi 2020-ci il sentyabrın 30-dək fəaliyyətini dayandırıb.

Təhsil Nazirliyindən Reyting.az-a bildirilib ki, təhsil sahəsində dövlət xidmətlərinin göstərilməsini təmin etmək üçün bu dövr ərzində müraciətlər 146-1 Telefon Məlumat Mərkəzi vasitəsilə cavablandırılacaq. Vətəndaşlar həmçinin Nazirliyin rəsmi [email protected] elektron poçt ünvanına müraciət edə və elektron resurslarında (www.edu.gov.az; www.ict.edu.az) təqdim edilən müxtəlif e-xidmətlərdən yararlana bilərlər.

Rəsmi məlumatları Təhsil Nazirliyinin internet saytı (www.edu.gov.az) və sosial şəbəkələrdəki səhifələrindən izləmək tövsiyə edilir




Bölməyə aid digər xəbərlər
7-05-2025, 12:08 Sabah yağış yağacaq