09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
Təhsil müəssisələrinə dair tələblər sərtləşdirilir
Tarix: 07-09-2020 15:53 | Bölmə: Cəmiyyət
Təhsil müəssisələrinə dair tələblər sərtləşdirilir

İbtidai və ümumi orta təhsil müəssisələrinə dair tələblər sərtləşdirilir.

Reyting.az
-ın məlumatına görə, bu, "Təhsil haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qüvvədə olan qanuna görə, ibtidai və ümumi orta təhsil müəssisələri azkomplektli formada da fəaliyyət göstərə bilər. Dəyişikliyə əsasən, artıq yalnız ucqar kənd yerlərində şagirdlərin sayından asılı olmayaraq, ibtidai və ümumi orta ümumtəhsil məktəblərinin azkomplektli formada fəaliyyətinə yol veriləcək. Şagirdlərin sayı az olan ibtidai siniflərdən komplekt siniflər təşkil olunacaq.

Qanunda nəzərdə tutulan digər bir dəyişiklik məktəbəhazırlıq mərhələsinin ümumi təhsil pilləsinə daxil edilməsi ilə bağlıdır.

Qüvvədə olan qanuna (19.4-cü maddə) əsasən, Azərbaycan Respublikasında ümumi təhsil ibtidai təhsil, ümumi orta təhsil və tam orta təhsildən ibarətdir. Dəyişikliyə əsasən, qanunun bu maddəsi yeni redaksiyada verilir. Yeni redaksiyaya əsasən, Azərbaycan Respublikasında ümumi təhsil pilləsi məktəbəhazırlıq mərhələsini, ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrini əhatə edir.

Digər yenilik isə odur ki, ümumtəhsil məktəbi ibtidai, ümumi orta və tam orta məktəb formasında ayrı-ayrılıqda təşkil oluna bilər.

Qanun layihəsi bu gün Milli Məclisin Elm və təhsil komitəsində müzakirə edilərək parlamentin plenar iclasına tövsiyə edilib.(APA)




Bölməyə aid digər xəbərlər
7-05-2025, 12:08 Sabah yağış yağacaq