09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
TƏBİB: "İntihara cəhd edən  9-cu sinif şagirdinin vəziyyəti ağırdır"
Tarix: 07-09-2020 16:27 | Bölmə: Cəmiyyət
TƏBİB: "İntihara cəhd edən  9-cu sinif şagirdinin vəziyyəti ağırdır"

Özünü 313 nömrəli məktəbin üçüncü mərtəbəsindən ataraq intihara cəhd edən 9-cu sinif şagirdinin vəziyyəti hazırda ağır-stabil qiymətləndirilir.


Bu barədə “Report”un sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, məktəbli qapalı kəllə-beyin travması, 12-ci döş fəqərəsinin sınığı və sol baldır sümüyünün açıq sınığı diaqnozu ilə xəstəxanaya çatdırılıb: “Hazırda onun müalicəsi Ak.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının reanimasiya şöbəsində davam etdirilir”.

Xatırladaq ki, məktəb açıqlama yayaraq şagirdin özünü atmadığını, yıxıldığını bəyan etmişdi.




Bölməyə aid digər xəbərlər
7-05-2025, 12:08 Sabah yağış yağacaq