09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
Peşə təhsili müəssisələrində işləyənlər attestasiyadan keçiriləcək
Tarix: 07-09-2020 16:35 | Bölmə: Cəmiyyət
Peşə təhsili müəssisələrində işləyənlər attestasiyadan keçiriləcək

Azərbaycanda peşə təhsili müəssisələrində işləyən təhsilverənlərin attestasiyası keçirilməsi təklif edilir.

Bununla bağlı Əmək Məcəlləsinin 66-cı maddəsinə ( Attestasiya olunmayan işçilər) dəyişiklik olunacaq.

Dəyişikliklə peşə təhsili müəssisələrində işləyən təhsilverənlər attestasiyası keçirilməyənlərin siyahısından çıxarılır.

Qeyd edək ki, hazırkı qanunvericiliyə əsasən aşağıdakı işçilərin attestasiyası keçirilmir:

Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilər;

Azərbaycan Respublikasında dövlət ümumi təhsil və peşə təhsili (tam orta təhsil üzrə təhsilverənlərə münasibətdə) müəssisələrində işləyən təhsilverənlər.




Bölməyə aid digər xəbərlər
7-05-2025, 12:08 Sabah yağış yağacaq