FHN cəbhə bölgəsindəki vəziyyətlə bağlı məlumat yayıb
Tarix: 28-09-2020 17:04 | Bölmə: Cəmiyyət
FHN cəbhə bölgəsindəki vəziyyətlə bağlı məlumat yayıb

Ermənistan Respublikasının hərbi-siyasi rəhbərliyinin təxribatçı xislətindən irəli gələrək Ermənistan silahlı qüvvələri beynəlxalq humanitar hüququn norma və prinsiplərini kobudcasına pozaraq əhalinin sıx yaşadığı yaşayış məntəqələrini, fərdi və çoxmənzilli yaşayış binalarını, o cümlədən mülki obyektləri ağır artilleriya qurğularından atəşə tutmaqda davam edir.

Reyting.az
Fövqəladə Hallar Nazirliyinə istinadla xəbər verir ki, nəticədə yanğınlar baş verir, dinc əhalinin əmlakına ciddi ziyan yetirilir.

Belə ki, bu gün də Ermənistan qoşunlarının atdığı mərmilər nəticəsində Ağdam və Tərtər rayonlarının bir sıra kəndlərində mülki obyektlərdə yanğınlar baş verib. Dərhal hadisə yerlərinə cəlb olunan Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri tərəfindən yanğınlar qısa müddətdə söndürülüb.




Bölməyə aid digər xəbərlər
Dünən, 16:39 Sabah qar yağacaq
Dünən, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər