17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Sabah hava necə olacaq? - Proqnoz
Tarix: 27-10-2020 12:53 | Bölmə: Cəmiyyət
Sabah hava necə olacaq? - Proqnoz

Oktyabrın 28-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.

Reyting.az
ETSN-ə istinadla xəbər verir ki, sabah havanın temperaturu Abşeron yarımadasında gecə 12-15, gündüz 19-21, Bakıda gecə 13-15, gündüz 19-21 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 45-50 faiz təşkil edəcək.

Oktyabrın 28-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı, duman olacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 9-14, gündüz 19-24, dağlarda gecə 5-9, gündüz 11-16 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, oktyabrın 28-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişlidir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}