ANAMA-nın direktoru: "Bərdəyə atılan raketin dinc əhaliyə qarşı istifadəsi qadağandır"
Tarix: 29-10-2020 12:37 | Bölmə: Cəmiyyət
ANAMA-nın direktoru: "Bərdəyə atılan raketin dinc əhaliyə qarşı istifadəsi qadağandır"

"Bərdəyə "Smerç” tipli raket atılıb. Burada dinc əhali hədəfə alınıb”.

Bunu Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) direktoru Qəzənfər Əhmədov ermənilərin dünən Bərdə şəhərinə endirdiyi raket zərbələrindən dağılmış ərazilərə diplomatik korpusun nümayəndələri ilə birgə baş çəkən zaman yerli və xarici mətbuata açıqlamasında deyib.

O bildirib ki, hər raketin içərisində 72 ədəd bombacıq olur: “Biz iki ədəd raketin qalıqlarını tapmışıq. Bu raketlərin Beynəlxalq Konvensiyalara görə, dinc əhaliyə qarşı istifadəsi qadağandır. Ermənilər bundan əvvəl də bu tipli raketləri Goranboy və Ağcabədiyə atıb. Görünən odur ki, düşmən dinc əhalini hədəfə alıb”/APA.




Bölməyə aid digər xəbərlər
28-11-2024, 16:39 Sabah qar yağacaq
28-11-2024, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər