Təhsil naziri: “Onlayn təhsilə VPN-siz qoşulmaq mümkün olacaq”
Tarix: 30-10-2020 11:25 | Bölmə: Cəmiyyət
Təhsil naziri: “Onlayn təhsilə VPN-siz qoşulmaq mümkün olacaq”

Son iki həftə ərzində onlayn dərslərin keçirilməsi üçün müəyyən hazırlıqlar görülüb, teams, zoom platformalarının daha işlək olması üçün aidiyyətlı qurumlarla iş aparılıb.

Reyting.az
-ın məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev deyib.

Onun sözlərinə görə, təxminən 10 gün ərzində vəziyyət təhlil edildikdən sonra bütün məktəblərdə onlayn dərslərin keçirilməsinə qərar verilib: “Təbii ki, bu qərarın icrasında müəyyən çətinliklər olacaq. Qarşıdakı bir neçə həftədə dərslər onlayn keçiriləcək. Onlayn təhsil hazırda daha məqbul hesab edilir”.

Təhsil naziri əlavə edib ki, son vaxtlar internetin sürətinin azaldığı bir dövrdə insanların VPN kimi müxtəlif proqramlardan istifadə olunduğunu görürük: “Nəzərinizə çatdırım ki, qarşıdakı günlərdə onlayn təhsilə VPN-siz qoşulmaq mümkün olacaq”.

Nazir qeyd edib ki, VPN proqramından istifadə şagirdlərin onlayn təhsilə qoşulmasına mane ola bilər: “Ona görə də, istər şagirdlərdən, istərsə valideynlərdən bunu nəzərə almağı xahiş edirik”.




Bölməyə aid digər xəbərlər
28-11-2024, 16:39 Sabah qar yağacaq
28-11-2024, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər