Bakının dörd qəsəbəsinə metro xətti çəkiləcək
Keçmiş səfir: ...İrana hücum məsələsi ciddidir - Müsahibə
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Prezident iki nazir müavini təyin edib - Fotolar
İran mühasirəyə alınır, tezliklə zərbə endirə bilərlər
Cəbrayıla növbəti köç karvanı gedib - (Yenilənib)
Nazir müavinlərinin sayı artırılıb
Buraxılış imtahanında yeni model tətbiq ediləcək
Vensin Bakı və İrəvana gəlməkdə məqsədi nədir?
Çinin 48 hərbi nəqliyyat təyyarəsi İrana silah daşıyır
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Xocalıya növbəti köç karvanları gedib - (Yenilənib) - Fotolar
Tarix: 19-02-2016 14:15 | Bölmə: Cəmiyyət / Xəbərlər

Deputat
Elmira Axundovanın əmlakı barədə "Azadlıq”a yeni məlumatlar daxil olub.
Təqdim olunan rəsmi sənədlərdən görünür ki, Elmira Axundova təkcə Bakının mərkəzindəki
çox bahalı "Port Baku Residense”də iki mənzilə sahib deyil, həm də deputatın
başqa obyekti var.

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi
Təsisatdankənar Dövlət Ekspertiza Baş Idarəsinin rəisi Əsgər Həsənovun
imzaladığı məktubda yazılıb ki, Bakı şəhəri, Nəsimi rayonu, Nəsib bəy
Yusifbəyli küçəsi 72 ünvanında tikilən qeyri-yaşayış obyektinin sifarişçisi
Axundova Elmira Hüseyn qızı olub.

Elmira Axundovanın oğlu Həbib Axundov tərəfindən aldadıldığını deyən bir qrup
şəxs bu faktla əlaqədar dövlət başçısı Ilham Əliyevə müraciət edib. Qanun
birmənalı şəkildə qadağan etdiyi halda, deputatın bizneslə məşğul olduğunu
prezidentin diqqətinə çatdıran şikayətçi vətəndaşlar, onun barəsində müvafiq
tədbir görülməsini xahiş ediblər: "Konstitusiyaya görə, Milli Məclisin deputatı
dövlət orqanlarında vəzifə tutduqda, din xadimi olduqda, sahibkarlıq,
kommersiya və ödənişli fəaliyyətlə məşğul olduqda (elmi, pedaqoji və
yaradıcılıq fəaliyyəti istisna olmaqla) mandatından məhrum edilir. Bildiririk
ki, deputat Elmira Axundova Konstitusiyaya zidd olaraq kommersiya və sahibkarlıq
fəaliyyəti ilə məşğul olur”.

Şıkayətçilər
dövlət başçısından xahiş edirlər ki, göstərilənləri
nəzərə alaraq Elmira Axundovanın əməlinə hüquqi qiymət verib, Konstitusiyasının
89-cu maddəsinin 4-cü hissəsinə əsasən, onun, Milli Məclisin deputatı
mandatından məhrum edilməsi barədə qərar qəbul edilməsi üçün müvafiq tədbirlər
görülsün.
Bu müraciəti imzalayan vətəndaşlar – Fərman Məmmədov, Elvin Vəliyev, Sabir
Ağayev, Ziya Vəliyev və digərləri Elmira Axundovanın oğlu Həbib Axundov tərəfindən
aldadıldıqlarını bildirirlər. Onların Həbib Axundova qarşı şikayətləri əsasında
hazırda Bakı Şəhər Baş Polis Idarəsində araşdırma gedir.
"Biz zərərçəkmişlər olaraq bildiririk ki, Axundovlar ailəsi qeyd etdiyimiz
obyektə, ”Port Baku Residense”dəki mənzillərə 2012-ci ildən sahib olublar. Məhz
bizim halal pullarımız mənimsəniləndən sonra. Əgər belə deyilsə, xanım deputat
çıxsın, bizim qarşımızda izahat versin, bunun əksini sübut eləsin. Bu barədə
aidiyyəti orqanları da məlumatlandırmışıq, ümid edirik ki, hüquq-mühafizə orqanları lazımi tədbirlər
görəcək. Biz də halal pullarımızı geri alıb, borc girdabından, bankların
töhmətindən canımızı qurtaracağıq”, – deyə şikayətçilər "Azadlıq”a məktublarında yazırbar.
Aldadılan vətəndaşlar bildiriblər ki, onların bir qismi pulu əlbəəl Həbib
Axundova, qalanı da şəriki, hazırda CM-nin 178-ci (dələduzluq) maddəsilə
barəsində axtarış elan olunmuş Elnur Ibrahimova veriblər.
Qeyd edək ki, söhbət vətəndaşların yüzminlərlə vəsaitinin alınıb geri qaytarılmamasından gedir.
Bölməyə aid digər xəbərlər
















“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər