Nazirlik məktəb direktoru olmaq istəyənlərə müraciət edib
Tarix: 03-03-2021 17:05 | Bölmə: Cəmiyyət
Nazirlik məktəb direktoru olmaq istəyənlərə müraciət edib

Bu ilin 6-7 mart tarixlərində məktəb direktorlarının işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi sanitar-epidemioloji tələblərə uyğun olaraq 25 imtahan mərkəzində keçiriləcək.

Təhsil Nazirliyinin məlumatına görə, namizədlərdən imtahana şəxsi səhifədə qeyd olunan vaxtdan 1 saat tez gəlmək, şəxsiyyəti təsdiq edən sənədin əslini özləri ilə gətirmək tələb olunur. Namizədlər müvafiq linkə daxil olaraq imtahan təlimatı ilə tanış ola bilərlər: My Webpage

İmtahan zamanı namizədlərə 90 dəqiqə müddətində təhsil qanunvericiliyi üzrə 25, məntiq üzrə 20, əmək qanunvericiliyi üzrə 15 test tapşırığı təqdim olunacaq.

Dövlәt ümumi tәhsil müәssisәlәrinin direktoru vәzifәsinә keçid balı namizədlәrin test imtahanında göstәrdiyi nәticәlәr vә vakansiyaların sayı nәzәrә alınmaqla müәyyәn ediləcək.

Reyting.az




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq