Əhəd Abıyev: “Haqqımda yayılan məlumatlar yalandır”
Tarix: 11-08-2017 21:27 | Bölmə: Cəmiyyət

Əhəd Abıyev: “Haqqımda yayılan məlumatlar yalandır”

Bəzi saytlarda Daşkəsən rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyevin guya səhhətində ciddi problemlər yarandığı, bu səbəbdən də, onun təcili Almaniyaya aparılması barədə məlumatlar yayılıb.

Hətta yenicag.az saytı iddia edir ki, Əhəd Abıyev bir həftədən çoxdur Almaniyada müalicə olunur.

Amma Reyting.az-ın əldə etdiyi məlumatda bildirilir ki, Əhəd Abıyev artıq iki ildir ölkə xaricinə çıxmır.

Məsələylə bağlı Reyting.az saytına açıqlama verən Əhəd Abıyevə yaxın şəxslər həm onun səhhəti ilə bağlı yayılan məlumatları, həm də guya bir müddət əvvəl Gürcüstana səfər etməsi barədə məlumatları təkzib ediblər.

Adının çəkilməsini istəməyən yaxınlarından biri deyib ki, Ə.Abıyevin səhhətində heç bir problem yoxdur:

"Ola bilsin ki, yayılan məlumatlar Əhəd müəllimi istəməyən qüvvələr tərəfindən ayrı-ayrı saytlara məqsədli şəkildə ötürülür. Yəni, mümkündür ki, kimlərsə öz məkrli planlarını gerçəkləşdirmək ümidi ilə jurnalistləri aldadaraq ölkə KİV-lərinə yalan məlumatlar verirlər.

Əhəd müəllimi istəyənlərin nəzərinə çatdırırıq ki, onun səhhətində hər hansı problem yoxdur. Hazırda iş başındadır, dövlətimizə sədaqətlə xidmətini davam etdirir. O, həm fiziki, həm də mənəvi baxımdan çox sağlamdır. Həmişəki kimi idmançı sağlamlığı öz yerindədir”.

Qeyd edək ki, Reyting.az-ın əməkdaşı Ə.Abıyevlə də əlaqə saxlaya bilib. Abıyev əməkdaşımıza deyib ki, hazırda Azərbaycanda, öz işinin başındadır. Yayılan məlumatları təkzib edən icra başçısı bildirib ki, Daşkəsən rayonunu tərk etməyib. Abıyev deyib ki, haqqımda yayılan yalan məlumatlara əhəmiyyət verməyin: "Səhhətim də, işlərim də qaydasındadır. Yayılan məlumatlar yalandır”.

Ə.Abıyev sonda bir daha səhhətində hər hansı problemin olmadığını diqqətə çatdırıb.

Reyting.az


 





Bölməyə aid digər xəbərlər
8-12-2024, 12:29 Sabah yağış yağacaq
7-12-2024, 12:34 Sabah yağış yağacaq
6-12-2024, 12:29 Sabah yağış yağacaq

bütün xəbərlər