Tarix: 14-08-2017 11:55 | Bölmə: Cəmiyyət
Azərbaycanda müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsindən uğurla keçən namizədlərin sayı açıqlanıb.
Reyting.az-ın xəbərinə görə, Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov APA-ya bildirib ki, müsabiqənin test mərhələsində 40 minə yaxın namizəd iştirak edib. Namizədlərdən 30 minə yaxını müvafiq keçid balını toplayaraq uğur qazanıb:
"İlk mərhələdə 36 baldan yuxarı nəticə göstərənlər test imtahanından keçmiş hesab olunub. Onların sayı da təxminən 30 minə yaxındır. Onlar növbəti mərhələyə-ixtisas seçimi, müsahibə mərhələlərinə buraxılıblar”.
E.Bağırov qeyd edib ki, test imtahanında ən yaxşı nəticə göstərənlər "Riyaziyyat”, "Coğrafiya”, "İngilis dili”, "Azərbaycan dili və ədəbiyyat” fənləri üzrə işləmək istəyənlər olub. Onun sözlərinə görə, hər il olduğu kimi, bu il də ən çox vakant yer və sənəd verənlərin sayı ibtidai sinif müəllimliyi üzrə qeydə alınıb. Test imtahanında 4 nəfər 60 ballıq maksimal nəticə göstərib.
Bölməyə aid digər xəbərlər