Ramazan bayramı ilə əlaqədar iş günlərinə və karantin rejiminə dəyişiklik edilib
Tarix: 19-04-2021 17:26 | Bölmə: Cəmiyyət
Ramazan bayramı ilə əlaqədar iş günlərinə və karantin rejiminə dəyişiklik edilib

Azərbaycanda Ramazan bayramı ilə əlaqədar iş günlərinə və karantin rejiminə dəyişiklik edilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Reyting.az-a bildirilib ki, qərara əsasən, Azərbaycan Respublikasının ərazisində iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2021-ci ilin 11 və 12 may iş günləri ilə müvafiq olaraq 8 may və 16 may istirahət günlərinin yerləri dəyişdirilib.

Bununla da Ramazan bayramı günləri də daxil olmaqla mayın 9-dan 15-dək ölkəmizdə qeyri-iş günü olacaq. İş mayın 16-dan başlayacaq.

Nazirlər Kabinetinin digər qərarına əsasən, 9 may saat 00:00-dan 16 may saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılacaq.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}