Bakıda tələbələr universitet binası qarşısında etiraz aksiyasına cəhd edib
Tarix: 03-05-2021 17:47 | Bölmə: Cəmiyyət
Bakıda tələbələr universitet binası qarşısında etiraz aksiyasına cəhd edib

Bu gün Tələbə Güc Mərkəzi Təşkilatının üzvləri Azərbaycan Dövlət İqtisad Universitetinin binası qarşısında etiraz aksiyası keçirməyə cəhd ediblər. Onlar əllərində "Tələbəyə ədalət!" bannerini tutublar.

Reyting.az
“Turan”a istinadla xəbər verir ki, aksiya iştirakçılarının sözlərinə görə, müəllimlər imtahanların keçirilməsi qaydalarına etirazını bildirən tələbələri təhdid edir.

«Tələbələrə imtahan sualları verilmir. Bu da təbii ki, tələbələrə çətinlik yaradır. Bundan əlavə, biz tələb edirik ki, onlayn qaydada keçirilən dərslərdə qayıb limiti götürülsün», - etirazçılar aksiyanın məqsədini açıqlayıblar.

Bütün iştirakçılar – Rəvan Axundov, Əhməd Məmmədli, Fərid Cabbar, Tükəzban Qasımova və fəal Rüstəm İsmayılbəyli polis tərəfindən saxlanılıblar.

Öz növbəsində, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Turan” agentliyinə bildiriblər ki, aksiya iştirakçıları ərazidən çıxarılıb, amma saxlanılan yoxdur.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}