Yüksək Texnologiyalar Parkına icraçı direktor təyin olunub
Tarix: 07-05-2021 15:09 | Bölmə: Cəmiyyət
Yüksək Texnologiyalar Parkına icraçı direktor təyin olunub

AMEA Yüksək Texnologiyalar Parkında (YTP) yeni vəzifə təyinatı olub.

YTP-dən Reyting.az-a verilən məlumata görə, bu barədə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev sərəncam imzalayıb. Sərəncama əsasən, Zaur Nəhmətov YTP-nin icraçı direktoru təyin olunub.

Zaur Nəhmətov Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasında bakalavriat, Azərbaycan Dövlət İqtisad Universitetində magistratura təhsili alıb. Hazırda Bakı Dövlət Universitetinin dissertantıdır. O, uzun illər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyində fəaliyyət göstərib, həmçinin özəl şirkətlərdə rəhbər vəzifələrdə çalışıb.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}