17:40 / 12-09-2025
Xocalının daha iki kəndinə köç olacaq
17:23 / 12-09-2025
Xırdalan–Sumqayıt–Xırdalan xətti üzrə sərnişin qatarlarının fəaliyyəti dayandırılır
17:12 / 12-09-2025
Premyer Liqada V və VI turun oyun proqramı açıqlanıb
17:01 / 12-09-2025
Donald Tramp: "Biz çox sərt hərəkət etməli olacağıq"
16:55 / 12-09-2025
Milli Süni İntellekt Mərkəzinə direktor təyin olunub
16:15 / 12-09-2025
BDU-da bəzi ixtisaslar üzrə dərslər 4 gün keçiriləcək
15:54 / 12-09-2025
Azərbaycanlı girovların öldürülməsi üzrə sənədlər elan olunub
15:43 / 12-09-2025
Kürşad Zorlu Naxçıvana gəlib - Yenilənib
15:33 / 12-09-2025
Qobustanda şəhidlə vida mərasimi olub
15:14 / 12-09-2025
Qarabağa daha iki köç karvanı gedib - (Yenilənib)
14:58 / 12-09-2025
İcra Hakimiyyətinin tenderi baş tutmayıb
14:55 / 12-09-2025
Azərbaycan III Türk Dövlətləri Universiadasının qalibi olub
14:49 / 12-09-2025
Qəbələdə şəhidlə vida mərasimi keçirilib
14:45 / 12-09-2025
Daha bir şəhidimiz Qubada torpağa tapşırılıb
14:35 / 12-09-2025
Bakıda 35 min manatlıq dələduzluq edən şəxslər saxlanılıb
14:18 / 12-09-2025
Gəncədə evdə partlayış olub, xəsarət alan var
13:34 / 12-09-2025
Deputat: "Ətin qiyməti yüksəkdir"
13:13 / 12-09-2025
Şəhidimiz Göyçayda dəfn olunub - Yenilənib
12:53 / 12-09-2025
Sabah yağış yağacaq
12:46 / 12-09-2025
Laçında söyüş söyən vəzifəli şəxslər həbs olunub
12:38 / 12-09-2025
"Avroviziya"da iştirak üçün yeni şərt qoyublar
12:30 / 12-09-2025
Xalq artistinin səhhəti barədə açıqlama yayılıb
12:05 / 12-09-2025
“Rabitəbank" keşbeki azaldıb
12:00 / 12-09-2025
Ekspert naziri debata çağırıb
11:40 / 12-09-2025
Erməniəsilli şəxslərin məhkəməsi keçirilir
11:19 / 12-09-2025
Nazirlik yoxlamalarla bağlı açıqlama yayıb
11:16 / 12-09-2025
Bakıda güclü külək ağacı yola aşırıb
11:13 / 12-09-2025
İsrailin müdafiə nazirinə Türkiyədən şok videozəng gəlib
11:06 / 12-09-2025
NATO Polşaya soxulan rus PUA-larını vura bilməyib
10:53 / 12-09-2025
Azərbaycanda əhalinin sayı açıqlanıb
09:10 / 09-09-2025

18:05 / 07-09-2025

06:10 / 11-09-2025

23:31 / 08-09-2025

23:10 / 08-09-2025

15:20 / 08-09-2025

00:57 / 08-09-2025

11:56 / 08-09-2025

16:29 / 08-09-2025

23:20 / 08-09-2025

00:04 / 08-09-2025

11:09 / 08-09-2025

Fələstin intifazələrinə baxış və problemin demokratik həll yolu
Tarix: 07-05-2021 17:52 | Bölmə: Cəmiyyət

Bildiyimiz kimi, İran İslam Respublikasının qurucusu Seyid Ruhullah Musəvi Xomeyninin (r) təşəbbüs və tövsiyəsi ilə hər il Ramazan ayının son cüməsi Ümumdünya Qüds Günü kimi qeyd olunur. Bu tarixi günün mahiyyəti müsəlmanların ilk qibləsi Əl Əqsa məscidinin yerləşdiyi Qüdsə azadlıq və şəhidpərvər Fələstin xalqının haqq mübarizəsinə dəstəkdən ibarətdir. Bəli, dünya uzun illərdir ki, işğalla barışmayan, şərəfli ölümü rüsvayçı təslimçilikdən, boyunduruqdan üstün tutan sadə kütlələrdən ibarət mücahidlər ordusunun – gənclərlə yanaşı, qadınların, qocaların, uşaqların möhtəşəm müqavimətinə, mücadiləsinə şahidlik edir.
Fələstinlilərin birinci intifazəsi 1978-ci ildə başladı və 1993-cü ildə Oslo razılaşması ilə sona çatdı. Əl Əqsa intifazəsi (İkinci intifazə) 28 sentyabr 2000-ci ildə başladı və 2005-ci ilə qədər davam etdi və Qüds intifazəsi (üçüncü intifazə) 2015-ci il oktyabrın birində başlayıb.
İntifazə, yaxud “Daş inqilabı” sionistlərin əleyhinə olan yeni bir hərəkatdır və ən az imkanlardan istifadə etməklə böyük hədəflərə (Fələstinin azadlığına) görə başlanıb. İntifazə fələstinlilərin qeyri-ixtiyari olaraq Fələstin düşərgələrində acınacaqlı şəraitinə, işsizliyə, milli ayrı-seçkiliyə və sionist rejim tərəfindən hər gün əzilmələrinə etirazdır.
Birinci intifazə
Çağdaş Fələstin tarixində, ilk intifazədən əvvəl 1921, 1932 və 1939-cu illərdə üç intifazə olub, lakin onların heç biri ilk intifazə qədər geniş yayılmayıb. 1987-ci ilin dekabrında İran İslam İnqilabından ilhamlanan Qəzza yaxınlığındakı Cəbələdə başlayan hərəkat Fələstin İslami Cihad hərəkatının sionist hərbi patrul qrupuna hücumu ilə yadda qaldı. Əməliyyatda dörd Fələstinli döyüşçü - Məhəmməd Səid Cəməl, Sami Şeyx Xəlil, Əhməd Həls və Zəhdi Qərtəbe şəhid oldu. Həmin tarixdə ölən Beytül Müqəddəs polis rəisinin intiqamı üçün müdafiəsiz dörd müsəlman işçi yük maşınının təkərlərinin altında qətlə yetirildi, daha 9 nəfər ağır yaralandı. Bu məzlum işçilərin şəhid olmasının ardından Fələstinin bütün müsəlman bölgələrindəki vəziyyət alovlandı və fələstinli müsəlman kişi və qadınlar küçələrə axışdı və İntifazə formalaşdı.

İlk intifazə işğalçılara o qədər baha başa gəldi ki, sionist rejimin o zamankı ilk naziri İshaq Rabin dedi: "Kaş ki, bir gün oyanıb bütün Qəzzanın dənizin altında qaldığını və bu məntəqənin şərrindən azad olduğumuzu görəydim".
İntifazədən bir il sonra Fələstin Təşkilatı, Əlcəzairdəki on doqquzuncu Fələstin Milli Məclisində, sionist rejimi yanında Fələstin dövlətinin qurulmasını təsdiqlədi və rejimin varlığını tanıyan və fələstinlilərdən ərəb qaçqını kimi danışan 242 və 338 saylı qərar qəbul etdi. 1991-ci ildə Oslo Sazişi ilə ilk intifazə sakitləşdiririldi. Statistikaya görə, ilk intifazə hadisələri zamanı İsrail ordusu tərəfindən təxminən 3000 fələstinli şəhid olub.
İkinci intifazə
Bu hadisə 28 sentyabr 2000-ci ildə start götürdü. İşğalçı gücün o vaxtkı Baş naziri Ariel Şaronun müqəddəs Qüdsdəki mübarək məscidə çox sayda İsrail əsgəri ilə birlikdə hücumundan sonra Əl Əqsa adlanan ikinci Fələstin intifazəsi baş verdi. Sionistlərlə toqquşmalarda yeddi fələstinli öldü, 250-dən çoxu xəsarət aldı və 13 sionist əsgər yaralandı. O zaman işğal altındakı Qüds şəhərində şiddətli toqquşmalar oldu. Əqsa intifazəsinin ikinci günündə həyatını itirən fələstinli şəhid uşaq "Məhəmməd əd-Dara" ikinci Fələstin intifazəsinin rəmzi sayılır.
İkinci Fələstin intifazəsi ilk intifazəyə nisbətən daha gərgin keçdi, hərbi əməliyyatların artırılması və Fələstin müqaviməti ilə sionist ordusu arasında qarşıdurmalarda rəsmi statistikaya görə, 4.412 fələstinli həlak olub və 48.322 nəfər yaralanıb, digər tərəfdən də 1.069 sionist öldürülüb, 4500-ü isə yaralanıb.
İkinci intifazə zamanı fələstinli müqavimət qrupları hərbi qollarını genişləndirməyə çalışdılar və Həmasın hərbi qolu olan Şəhid İzzəddin əl-Qəssam taburları silahlarını təkmilləşdirdilər və sionist şəhər və qəsəbələri hədəf ala biləcəkləri raketlər istehsal edə bildilər.
İkinci Fələstin intifazəsi nəhayət 8 fevral 2005-ci ildə Şarm əl-Şeyx zirvə görüşündə fələstinlilərlə sionistlər arasında imzalanan atəşkəs razılaşması ilə sona çatdı.
Üçüncü intifazə
Üçüncü intifazə və ya Əl-Qüds intifazəsi 2015-ci ildə başlayıb və tamamilə Yerusəlimin geri alınmasından bəhs edən üçüncü Fələstin döyüşüdür. Üçüncü intifazə, yalnız Fələstin müqavimət qruplarının üzvlərinə aid olmayan kütləvi bir xalq səfərbərliyidir.

Üçüncü intifazə Qüdsdə, Qərb sahilində, 1948-ci il əraziləri və Qəzza sərhədində fərdi əməliyyatların davam etməsi ilə xarakterizə olunur. Bu dəfə fələstinli gənclər sionistlərlə bıçaqdan istifadə edirək əlbəyaxa döyüşə girirlər ki, bu da üçüncü intifazənin “Bıçaq inqilabı” adlandırılması ilə nəticələnir. Xalq qiyamının səbəbi sionistlərin Məscidül-Əqsa məscidinə etdiyi təhqirlər idi və məsələ fələstinlilərin ayağa qalxmasına, öz dəyərlərini və müqəddəsliklərini qorumaq üçün sionist rejimlə qarşı-qarşıya gəlməsinə səbəb olub. Üçüncü intifazədə onlarla insan şəhid olub, yüzlərlə insan yaralanıb və ya əsir götürülüb.
Dördüncü intifazə
Donald Trampın Qüdsü saxta sionist rejimin paytaxtı elanından çox keçməmiş bir çox ölkələrin xalqları və liderləri buna qarşı çıxdılar və on minlərlə fələstinli işğal altındakı ərazilərdə sionist silahlılarla toqquşdu. Fələstin müqavimətinin bəzi liderləri də dördüncü intifazənin başlandığını rəsmən elan etdilər.
Tramp "qırmızı xətlərdən çıxmağın lazım olduğu" qənaəti ilə Qüdsü sionist rejimin paytaxtı kimi tanıdı. Fələstini İslam dünyasının ilk, əsas mövzusuna çevirərək bəzi irticaçı ərəb ölkələrinin rüsvayçılığı, ABŞ ilə danışıqlar və sionist rejimlə razılaşma strategiyası heçə getdi və sionist rejimə qarşı Xalid Məşalın fikrincə, qlobal ola biləcək hərtərəfli intifazə başladı.
İki gündən az bir müddətdə Fələstinin müxtəlif bölgələrində fələstinli gənclərlə sionist silahlılar arasında misilsiz toqquşmalarda təxminən 1200 nəfər yaralanıb, dörd nəfər şəhid olub. Qəzza zolağından işğal olunmuş ərazilərə raket hücumları başlayıb və sionist təyyarələri tərəfindən Qəzzə zolağı dəfələrlə bombalanıb. Buna dünyanın müxtəlif ölkələrində qlobal yürüşləri əlavə edin - həm BMT Təhlükəsizlik Şurasının Amerikanın bu əməlinə qarşı sənədi və ABŞ-ın BMT-dəki nümayəndəsinin qeyri-adi bir cavabı ilə qarşılanan misilsiz bəyanatını...
BMT Təhlükəsizlik Şurasının üzvləri məsələni cümə gecəsi xüsusi bir iclasda, açıq bir şəkildə rəsmi Vaşinqtonun qərarına qarşı çıxaraq bəyanat verməklə müzakirə etdilər. Görüşdə BMT-nin barışıq koordinatoru Nikolai Mladinov ABŞ-ın addımının yeni intifazəyə yol aça biləcəyini söyləyərək bu barədə xəbərdarlıq etdi və Qüds məsələsinin aydınlaşdırılmasına çağırdı. Fələstinin BMT-dəki nümayəndəsi Riyad Mansur "Donald Tramp qərarı ilə vəziyyəti sabitlikdən çıxardı, bunun təhlükəli nəticələri var və qərar ləğv edilməlidir",- dedi. Daha sonra Əl-Qüdslə bağlı vaxtında və obyektiv mövqeyinə görə Təhlükəsizlik Şurasına təşəkkür etdi.
İclasın sonunda Fransa, Almaniya, İsveç, İngiltərə və İtaliyanın nümayəndələri, görünməmiş bir hərəkətlə müştərək bəyanat verib, ABŞ-ın Qüds qərarını "Təhlükəsizlik Şurasının qərarlarına zidd" və "faydasız" olaraq xarakterizə etdilər.

Bu hadisələrdən sonra Türkiyə, Pakistan, Əfqanıstan, Almaniya, İngiltərə, Belçika, Livan, Malayziya, İndoneziya, Səudiyyə Ərəbistanı, Bəhreyn, İraq, İordaniya, Banqladeş, Hindistan, Yunanıstan, Yəmən və s. ABŞ-ın məlum mövqeyinə tənqidi yanaşdılar. Trampın son qərarına qarşı geniş etirazlar keçirildi, onlar öz qəzəb və nifrətlərini dilə gətirdilər.
Fələstin Muxtariyyətinin başçısı Mahmud Abbas da ABŞ-ın artıq Orta Şərq sülh prosesini izləmək səlahiyyətinə sahib olmadığını bildirdi: "ABŞ-ın Əl-Qüds mövzusunda tutduğu mövqeyə qarşı çıxırıq və ABŞ-ın artıq Yaxın Şərqi izləmək səlahiyyətinə sahib olmadığını düşünürük”.
Fələstin Azadlıq Təşkilatının icraçı rəhbəri və Fəth hərəkatının komitə üzvü Saib Əriqat da belə elan etdi: “Tramp Qüdslə bağlı qərarına qayıtmayana qədər Fələstinin ABŞ ilə heç bir əlaqəsi olmayacaq... Amerika ilə sülh müzakirəsinə oturan hər bir fələstinli onun tərəfindən Trampın bu qərarını təsdiq etmək mənasına gələcək.”
Əli ƏSƏDLİ
Bölməyə aid digər xəbərlər

Bu gün, 16:15
BDU-da bəzi ixtisaslar üzrə dərslər 4 gün keçiriləcək
Bu gün, 14:18
Gəncədə evdə partlayış olub, xəsarət alan var
Bu gün, 12:53
Sabah yağış yağacaq
Bu gün, 11:16
Bakıda güclü külək ağacı yola aşırıb
Bu gün, 10:51
Elektron Təhlükəsizlik Xidmətində təyinat olub
Bu gün, 10:01
Lənkəran sakini 13 kq narkotiklə saxlanılıb
Dünən, 22:53
Qubada güclü sel körpünü dağıdıb
Dünən, 17:43
Keçmiş sevgilisindən Hidayətə ittihamlar - “550 min pulumu ələ keçirib, məni dəfələrlə döyüb”
Dünən, 12:13
Mars üçün könüllülər seçiblər - Foto
Dünən, 10:13
“Habertürk” və “Show TV” dövlət nəzarətinə götürülüb
Dünən, 09:28
Dövlət sərhədimizi pozan iki iranlı saxlanılıb
10-09-2025, 17:54
Prokurorluq keçmiş memarın barəsindəki hökmdən protest verib
10-09-2025, 17:16
"Coca-Cola" Rusiya şirkətini məhkəməyə verib
10-09-2025, 12:59
Azərbaycanda havadan su əldə ediləcək
10-09-2025, 12:14
Sabah hava yağışlı olacaq - Proqnoz
10-09-2025, 11:03
Ağdamda 16 yaşlı qızı zorlayıblar - 4 nəfər saxlanılıb
10-09-2025, 10:49
Sərhədimizi pozan əcnəbi saxlanılıb
10-09-2025, 10:24
Sabirabadda 14 yaşlı qızla 20 yaşlı oğlan nişanlanıb, ata həbs edilib
10-09-2025, 10:00
Bakıya narkotik gətirməyi planlaşdıran şəxs tutulub
9-09-2025, 19:05
Müəllimlərin işə qəbulu: apellyasiya nəticələri elan olunub
9-09-2025, 15:53
Qüdrət Həsənquliyev: "Zabitlərə ev verməkdənsə, onlara..."
9-09-2025, 15:52
Şirkət direktoru və digərlərinin cəzası azaldılıb
9-09-2025, 14:34
Şuşada polis postunun suyunu qəsdən kəsən hotel sahibi həbs olunub
9-09-2025, 13:15
Sabahın hava proqnozu açqlanıb
9-09-2025, 13:02
Sumqayıtda avtoxuliqanlar saxlanılıb
9-09-2025, 12:24
Saatlıda qadın tutulub - Narkotiklə
9-09-2025, 12:15
Gəncədən Kəlbəcərə ilk avtobus reysi açılıb
9-09-2025, 12:02
Bakıda evdən oğurluq edən qadın saxlanılıb
9-09-2025, 11:01
Yasda ehsan ləğv edilir? - Açqlama
9-09-2025, 10:22
Gəncə hava limanında qızıl-zinət əşyaları oğurlanıb
9-09-2025, 08:14
Qatilin vəkili üçün pul toplayırlar - Foto
8-09-2025, 18:14
TƏBİB-in elektron sistemində problem yaranıb
8-09-2025, 17:11
Xəzər dənizində brakonyer saxlanılıb - Video
8-09-2025, 17:09
Ali təhsil müəssisələrinə qeydiyyat müddəti uzadılıb
8-09-2025, 16:35
Milli Məclisə yeni qanun layihəsi göndərilib
8-09-2025, 15:39
"Bulvar"ın keçmiş rəhbəri özünü təqsirli saymır - Məhkəmə prosesi
8-09-2025, 14:05
Laçında traktor dərəyə aşıb: bir nəfər ölüb
8-09-2025, 13:59
İcraçı direktor vəzifədən azad olunub
8-09-2025, 12:34
Sabah yağış yağacaq
8-09-2025, 10:02
Britaniyada mağaza binasının altında 317 skelet tapılıb
7-09-2025, 18:05
Şəmkirdə təcili yardım maşını körpüdən aşıb, xəsarət alanlar var
7-09-2025, 12:15
Sabah yağış yağacaq - Proqnoz
5-09-2025, 18:42
Daşkəsənin Alaxançallı kəndində sel fəsadlar törədib
5-09-2025, 17:30
Bəxtiyar Məmmədova Alay komandiri vəzifəsi həvalə olunub