Məzun "Son zəng"dən sonra Kür çayında boğulub
Tarix: 14-06-2021 16:49 | Bölmə: Cəmiyyət
Məzun "Son zəng"dən sonra Kür çayında boğulub

Şirvanda 18 yaşlı gənc Kür çayında boğulub.

Reyting.az
APA-ya istinadla xəbər verir ki, Şirvan sakini, 2003-cü il təvəllüdlü Eminov Cavid Elçin oğlu Kür çayının Şirvan şəhəri ərazisindən keçən hissəsində çimərkən boğulub. Bu gün Şirvan şəhəri 16 saylı məktəbdən məzun olan C. Eminov məktəbdə keçirilən "Son zəng"dən sonra sinif yoldaşları ilə birgə Kür sahilində gəzintiyə çıxıbmış.

Onun meyiti sudan çıxarılıb.

Faktla bağlı araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}