Bakının dörd qəsəbəsinə metro xətti çəkiləcək
Keçmiş səfir: ...İrana hücum məsələsi ciddidir - Müsahibə
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Prezident iki nazir müavini təyin edib - Fotolar
İran mühasirəyə alınır, tezliklə zərbə endirə bilərlər
Cəbrayıla növbəti köç karvanı gedib - (Yenilənib)
Nazir müavinlərinin sayı artırılıb
Buraxılış imtahanında yeni model tətbiq ediləcək
Vensin Bakı və İrəvana gəlməkdə məqsədi nədir?
Çinin 48 hərbi nəqliyyat təyyarəsi İrana silah daşıyır
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Xocalıya növbəti köç karvanları gedib - (Yenilənib) - Fotolar
Tarix: 16-03-2016 13:48 | Bölmə: Cəmiyyət / Xəbərlər

Konstitusiya Məhkəməsinə beynəlxalq təşkilatların Azərbaycanda insan hüquq və azadlıqlarına dair çıxardığı qərarların icrasının mümkünlüyünün müəyyənləşdirilməsi ilə bağlı yeni səlahiyyət verilir. Bununla bağlı qanun layihəsi sabah Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin iclasında müzakirəyə çıxarılacaq.
Komitə üzvü, qanun layihəsinin müəllifi deputat Rəfael Cəbrayılov APA-ya bildirib ki, "İnsan hüquq və azadlıqlarının müdafiəsi üzrə dövlətlərarası orqanın qərarının Azərbaycan Respublikası tərəfindən icrasının mümkünlüyü məsələsinin həlli haqqında” qanun layihəsi bir maddədən ibarətdir. Layihə qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsinə yeni səlahiyyətin verilməsini ehtiva edir.
Konstitusiyanın 130-cu maddəsinə (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi) istinadən hazırlanan qanun layihəsi qəbul olunacağı təqdirdə bütün beynəlxalq təşkilatların, dövlətlərarası orqanların insan hüquq və azadlıqları üzrə Azərbaycanla bağlı qəbul etdikləri sənədlərin icrasının mümkünlüyünə baxılması ilə bağlı Konstitusiya Məhkəməsinə səlahiyyət veriləcək. R.Cəbrayılov qeyd edib ki, bu praktika bir sıra dövlətlərdə var və bu, Azərbaycanın da konstitsion hüququdur: "Çox təəssüf ki, ilk günlərdə mətbuatda bu layihə olduqca yanlış təqdim olundu. Guya biz Avropa İnsan Haqları Məhkəməsinin qərarlarından imtina edirik. Tamamilə yanlış təqdimatdır. Biz Avropa İnsan Haqları Məhkəməsinin qərarlarından necə imtina edə bilərik? Bu mümkün deyil. Axı bununla bağlı qoşulduğumuz konvensiya var və öhdəlik götürmüşük”.
Bölməyə aid digər xəbərlər
















“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər