Bakının dörd qəsəbəsinə metro xətti çəkiləcək
Keçmiş səfir: ...İrana hücum məsələsi ciddidir - Müsahibə
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Prezident iki nazir müavini təyin edib - Fotolar
İran mühasirəyə alınır, tezliklə zərbə endirə bilərlər
Cəbrayıla növbəti köç karvanı gedib - (Yenilənib)
Nazir müavinlərinin sayı artırılıb
Buraxılış imtahanında yeni model tətbiq ediləcək
Vensin Bakı və İrəvana gəlməkdə məqsədi nədir?
Çinin 48 hərbi nəqliyyat təyyarəsi İrana silah daşıyır
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Xocalıya növbəti köç karvanları gedib - (Yenilənib) - Fotolar
Tarix: 21-03-2016 17:30 | Bölmə: Cəmiyyət / Xəbərlər

Milli Məclisin üzvü Hacı Salayevin müvafiq qanunlara məhəl qoymayaraq bizneslə də məşğul olduğu iddia edilir.
Reyting.az saytı azfakt.com-a istinadən xəbər verir ki, biznesmen-deputat Hacı Salayev indi də İsmayıllı rayonunun İvanovka kəndindəki müasir çörək zavodunu alıb.Hansı ki, həmin zavod vaxtilə keçmiş nazir Füzuli Ələkbərova məxsus olub və onun inşaasına Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 1,5 milyon manata yaxın güzəştli kredit ayrılıb.
Zavodun avadanlıqlarının isə xarici ölkələrdən gətirildiyi bildirilir.
Sayt qeyd edir ki, İvanovka kəndindəki çörək zavoduna vaxtilə İsmayıllının keçmiş icra başçısı, sabiq nazirin qardaşı Nizami Ələkbərov nəzarət etsə də, rayondakı məlum olaylardan sonra Ələkbərovların işdən kənarlaşdırılması zavodda ciddi problemlər yaradıb. Zavodun üzləşdiyi problemlər səbəbindən Ələkbərovlar obyekti satmaq məcburiyyətində qalıblar. Keçmiş nazirin nəzarətində olan zavodu isə biznesmen-deputat Hacı Salayev alıb.
Məlumata görə, millət vəkili çörək zavodunun alınmasına 1 milyon manata yaxın xərc çəkib. Hazırda H.Salayev həmin zavodda işləmək üçün Bakıdan işçilər göndərir.
Qeyd edək ki, H.Salayevin Bakı şəhərində "Xəzər” çörək zavoduna sahib olması ilə bağlı da mediada məlumatlar yayılmışdı. Həmin vaxt H.Salayev bunu təkzib etməmişdi.
İddia edilir ki, "Xəzər” çörək zavodunu deputatın oğlunun Ayaz adlı dostu işlədir. İvanovka kəndindəki çörək zavoduna da "Xəzər” çörək zavodu direktorunun təqdimatı ilə Pərviz adlı şəxsin direktor təyin edildiyi bildirilir.
Bölməyə aid digər xəbərlər
















“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər