07:56 / 14-05-2025
Zaxarova Makronu ələ salıb
Azərbaycanlı deputatın oğlu Londonda gözəllik yarışmasına böyük məbləğdə vəsait xərcləyib - Foto
Tarix: 05-12-2021 23:22 | Bölmə: Cəmiyyət
Azərbaycanlı deputatın oğlu Londonda gözəllik yarışmasına böyük məbləğdə vəsait xərcləyib

Milli Məclisin deputatı Ülvi Quliyevin xaricdə yaşayan və bizneslə məşğul olan oğlu Orxan Quluzadə Londonda keçirilən gözəllik yarışmasına böyük məbləğdə vəsait xərcləyib.

Reyting.az
xəbər verir ki, bu barədə Avropada yaşayan araşdırmaçı jurnalist Cavanşir Həsənli yazıb.

C. Həsənli iddia edir ki, O. Quluzadə bir neçə il əvvəl Londonda “Miss USSR” (“SSRİ gözəli”) müsabiqəsinə böyük məbləğdə vəsait sərf edib: “O, 2017-ci ildə “Rubicon Production” studiyasının və Litva əsilli rus prodüser Valentina Gordeevanın prodüserliyi ilə London, Mayfairdakı bahalı və dəbdəbəli Hilton otelində keçirilən konkursun çəkilişlərinə sponsorluq edib”.

Araşdırmaçı qeyd edir ki, müstəqil Azərbaycanın deputatının oğlu 30 il əvvəl qəbrə qoyulmuş SSRİ-nin hansısa səbəbdən Londonda xiffətini çəkib. Hansı ki, SSRİ dağılanda Orxanın 2 yaşı olub.

Jurnalistin yazdığına görə, İngiltərənin məşhur “İndependent” qəzeti də bu müsabiqə haqqında xəbəri “High heels, tiny bikinis and Soviet nostalgia: Why is Miss USSR happening in London?” başlığı ilə təqdim edib.

O vaxt Britaniyanın Latviyadakı keçmiş səfiri, Avropa İslahatları Mərkəzinin hazırda xarici siyasət direktoru olan Yan Bond “The Independent”ə bildirib ki, bu tədbir ciddi zövqün və tarixi şüurun çatışmazlığını göstərir.

“Britaniya mətbuatı yazırdı ki, müsabiqə güclü sponsorların hesabına keçirilib, sponsorlar sırasında mənşəcə keçmiş Sovet respublikalarından olan şəxslərə məxsus şirkətlərin, o cümlədən Londondakı “Caviar House”nin adı çəkilib”,- deyə C. Həsənli qeyd edib.





Bölməyə aid digər xəbərlər
Dünən, 12:34 Sabah yağış yağacaq
7-05-2025, 12:08 Sabah yağış yağacaq