"Azəriqaz"ın sözçüsü: "Əgər narazılıq varsa, çox ciddi şəkildə araşdırılır"
Tarix: 04-02-2022 16:40 | Bölmə: Cəmiyyət
"Azəriqaz"ın sözçüsü: "Əgər narazılıq varsa, çox ciddi şəkildə araşdırılır"

“Əgər xidmət varsa, vətəndaşa sərfiyyata görə bildirişlər göndərilirsə, 100 % razılıq var deyə belə bir şey ola bilməz. Təbii ki, bunu iddia etmək yanlış olar. Əgər narazılıq varsa, çox ciddi şəkildə araşdırılır, açıqlamalar, izahatlar verilir”.

Bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev “Açıq qapı” aksiyası zamanı media nümayəndəsinin bəzi abonentlərin artıq sərfiyyatın qeydə alınması iddiası ilə bağlı ünvanladığı sualı cavablandırarkən bildirib.

“Bu izahatlara qane olan abonentlərimiz eyni qaydada davam edir. Əks halda isə məsələ məhkəmə predmeti olur. Hər bir abonentin məhkəməyə müraciət etmək hüququ var”, – deyə şöbə rəisi qeyd edib.




Bölməyə aid digər xəbərlər
28-11-2024, 16:39 Sabah qar yağacaq
28-11-2024, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər