Dəmir yolu stansiyasının işçiləri tutulub
Tarix: 05-02-2022 14:52 | Bölmə: Cəmiyyət
Dəmir yolu stansiyasının işçiləri tutulub

Şabranda şirkətin 1 ton 700 kiloqram malı oğurlanmağa cəhd edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Reyting.az-a verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Şabran dəmir yolu stansiyası ərazisindən şirkətlərdən biri üçün xaricdən göndərilmiş 1 ton 700 kiloqram dəmir dayaqları, qayışları, şveller və digər metal oturacaqları oğurlamağa cəhd göstərmiş oranın işçiləri olan Şabran rayon sakinləri - yük qəbul edicisi F.Mahmudov, post növbətçisi X.Kazımov, qatar tərtibatçısı E.Ağayev və yük-qatar təhvil vericisi Z.Ağarzayev saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər
8-05-2024, 12:52 Sabah yağış yağacaq
3-05-2024, 14:06 Kəlbəcərdə qəza olub

{sape_links}{sape_article}